Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“Əhali hökumət üçün başqa seçim qoymadı”

“Əhali hökumət üçün başqa seçim qoymadı”
Müşfiq Ələsgərli: “Vəziyyətin ciddiləşməsinə səbəb insanların məsuliyyətsiz davranışlarıdır”


Məlum olduğu kimi, ölkəmizdə pandemiyaya yoluxma halının artması hökuməti karantin rejimini yumşaldan tədbirlərin dayandırmasına, daha sərt addımlar atmasına səbəb olub.



 



Maraqlıdır, yeni yaranan situasiya medianın da qarşısında əlavə vəzifələr qoyurmu? Media böyüməkdə olan təhlükə ilə bağlı daha geniş maarifləndirmə işi həyata keçirməlidirmi?



 



Moderator.az-a açıqlama verən Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri, media eksperti  Müşfiq Ələsgərli öncə pandemiyanın yayılmasına təsir edən başlıca məqama diqqət çəkdi:



 



“Reallıq bundan ibarətdir ki, əhali hökumət üçün başqa seçim qoymadı. Sərt karantin rejimi dövründə Azərbaycanda yoluxma halı çox-çox aşağı idi. Gündə 10-20, maksimum isə 30 nəfər yoluxurdu. Amma bu gün məlum göstərici 200-300 arasındadır. Bunun da əsas səbəbi bundan ibarətdir ki, insanlar sosial izolyasiya və tibbi maskalardan istifadə hallarına əhəmiyyət vermədilər. Xəstəliyin artmasının, yoluxmanın sürətlənməsinin başqa bir səbəbi yoxdur. Çox təəssüf ki, karantin rejiminin yumşalmasını insanlar pandemiya dövrünün bitməsi kimi qiymətləndirdilər. Hansı ki, bu, belə deyil. Xəstəlik davam edir. Hökumət düşündü ki, iki ay müddətində sərt rejim olub və yəqin ki, artıq bu rejim dövrünə insanlar alışıb. Insanlar bundan sonra necə müdafiə olunmaq,  xəstəliklə necə mübarizə aparmaq lazım gəldiyini bilir. Lakin təəssüflər olsun ki, insanlar buna səhlənkar yanaşdılar. Sosial izolyasiya və s. qaydalarına əməl etmədilər. Nəticə isə göz qabağındadır. Bu gün yoluxma sayı artır. Buna səbə insanların əməl və düşüncələrindəki yanlışlıqdır. Buna görə də hökumətin başqa variantı yoxdur. Karantin rejiminin sərtləşdirilməsi, sosial izolyasiya tədbirlərinin məcburi şəkildə həyata keçirilməsi bir zərurət olaraq meydana çıxır.



 



Mətbuat koronavirusla bağlı ciddi maarifləndirmə işi aparıb. Lakin görünür ki, bu işi davam etdirməyə ciddi ehtiyac var. Çalışmaq lazımdır ki, insanlar nə baş verdiyinin fərqinə varsınlar. Əks təqdirdə, vəziyyət nəzarətdən çıxa bilər və artıq bu xəstəliyin qarşısını almaq mümkün olmaz.



 



Bəzi radikal düşüncəli insanlar, müxalifət düşərgəsinin təmsilçiləri iddia edir ki,  guya hökumət işi düzgün qura bilmədi və s. Yəni bu vəziyyətdən öz siyasi məqsədləri üçün istifadə etməyə çşalışanlar da var. Media bu yanlış fikirlərə qarşı da mübarizə aparmalı, yanlış fikirlərin cəmiyyətdə yayılmasının qarşısını almalıdır. Dünyadakı vəiyyətlə müqayisələr apararaq həqiqəti cəmiyyətə çatdırmalıdır ki, cəmiyyət də nə baş verdiyini tam mahiyyəti ilə anlasın. Anlasınlar ki, problemin ciddiləşməsinə səbəb insanların məsuliyyətsiz davranşıdır”.



 


Teqlər:
Bu xəbər cəmi 2020 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR