“Rayonlara gediş-gəlişin bərpası yoluxmanın səviyyəsindən asılıdır”.
Mia.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov rifinqində deyib.
O bildirib ki, son günlərin yoluxma səviyyəsinin artması bu məsələdə biraz konservativ yanaşmaya vadar edir: "Narıncı zonada yoluxmanın sayı artıqdır. Gediş-gəliş bərpa olunarsa, yoluxma daha da arta bilər. Operativ Qərargah hələlik bu məsələni saxlayıb”.
Hpökumət rəsmisi deyib ki, sərbəstlik və yumşalma artıqca yoluxanların sayı artır: "Bu fonda şadlıq saraylarının fəaliyyətə başlaması, toyların təşkili problemli görünür. Hər şey yoluxmanın sayından və sosial məsuliyyətdən asılıdır. Bəlkə də yoluxmalar artmasaydı, daha da geniş yumşalmalara getmək olardı”
TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı isə deyib ki, koronavirusun yayılması bütün dünya üzrə hələ birinci dalğadır: "Biz sadəcə bunu mərhələli şəkildə görə bilərik. Yəni bir və ikinci mərhələ var. Qış mövsümündə ikinci dalğa ola bilər. Bu da mutasiya ilə əlaqəlidir. Mutasiyanın hansı istiqamətə gedəcəyi və növbəti dalğanın olması bu gün üçün sual altındadır".