"Karantin rejiminin tələblərinə nəzarət ciddi olacaq. Belə ki, qoruyucu tibbi maskaların istifadəsi məcburi və mütləq olacaq".
Mia.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
Onun sözlərinə görə, bununla bağlı müvafiq qərar imzalanıb: "Qaydalara əməl etməyənlər cərimələnəcək. Sərbəstlik artdıqca məsuliyyət artacaq. Cəzalar artacaq və sərtləşəcək. Cəzanın miqdarı hələ dəqiqləşməyib. Məsələ ilə bağlı sənəd parlamentə təqdim olunacaq. Cərimələrdən qaçmaq mümkün olmayacaq".
Hökumət rəsmisi qeyd edib ki, hansı rayonda yoluxma artsa, həmin bölgənin qapadılması və orada daha güclü karantin rejiminin tətbiqi mümkündür.