Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

General Elçin Quliyevin 15 atı Almaniyada həbs olundu

General Elçin Quliyevin 15 atı Almaniyada həbs olundu
Argentinadan yarış üçün Bakıya gətirilən heyvanlar Frankfurt aeroportunda saxlanıb


Azərbaycanın “Silkway” hava yolları şirkətinə məxsus yük təyyarəsi ilə Argentinadan Azərbaycana gətirilən 15 at Almaniyanın Frankfurt aeroportunda saxlanılıb. Virtualaz.org xəbər verir ki, bu ilginc insident barədəki məlumatı Almaniyanın “WochenSpiegel” qəzeti yayıb.



Xəbərdə bildirilir ki, Azərbaycanın “Silkway” hava yolları şikətinə məxsus və göyərtəsində 15 Argentina polo atı olan təyyarə Frankfurt-Hahn aeroportunda dayanacağa çəkilib. Təyyarə atları Argentinadan Bakıya gətirərkən Almaniyada yolüstü eniş edibmiş.



Bildirilir ki, atlar Bakıya Dünya Polo Kuboku yarışlarında istifadə etmək üçün gətirilirmiş. Lakin təyyarənin atlarla birlikdə aeroportda enməsi Frankfurt hava limanının logistika işçiləri üçün ciddi problem yaradıb. Nəticədə atları təyyarədən düşürərək həbs edib və Frankfurt heyvanxanasına aparıblar.



Məlumatda deyilir ki, insident iyulun 7-də axşam baş verib və atlar gecəni heyvanxanada qalıblar. Daha sonra atlar heyvanxanadan çıxarılaraq yükdaşımalar üçün istifadə olunan Hansrik aeroportuna aparılıb. Heyvanlar orada atlar üçün nəzərdə tutulan xüsusi bokslara yerləşdirilib.



Atların əhvalatı bununla da bitməyib və iyulun 9-na keçən gecə onları xüsusi nəzarət altında Frankfurt aeroportuna apararaq “Silkway” hava yolları şirkətinə məxsus yük təyyarəsinə yükləyiblər. Təyyarə Bakıya doğru istiqamət alıb. Nəlumatda o da bildirilir ki, atları 5 peşəkar heyvan baxıcısı və polo oyunçuları müşayiət edib. Bu həftənin sonunda Argentinadan Azərbaycana daha 10 polo atının gətiriləcəyi də bildirilir.



Məlumatda deyilir ki, atlar aeroportda əməlli-başlı problem yaradıb və onların ora-bura daşınmasında 100-dən çox adam iştirak edib. Almaniya hakimiyyət orqanları atların sağlam olub-olmadığını dəqiqləşdirmək üçün əvvəlcə Argentinadan onları göndərən firma və veterinarla araşdırma aparıb. Atları yoxlamaq üçün Frankfurt aeroportuna təcili olaraq alman veterinarlar dəvət olunub.



Sərnişin aeroportuna at yüklənmiş təyyarənin endiyini görən alman sərnişinlər də heyrətə gəliblər. Atların ora-bura daşınmasına, əvvəl zooparkda, sonra o biri aeroportda saxlanılmasına, veterinar yoxlamadan keçməsinə görə bütün xərcləri yükü daşıyan şirkətə ödədiblər.



 



Bu at əhvalatı barədə Almaniyanın RTL kanalı xüsusi olaraq yarım saatlıq reportaj da hazırlayıb.



Bəs atlar kimə məxsus olub? Belə məlum olur ki, Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyevin başçılıq etdiyi Atçılıq Federasiyasına. Belə ki, bu ilin sentyabr ayında Bakıda polo atçılıq idman növü üzrə Dünya Kuboku yarışları keçiriləcək.



Bu haqda ötən ilin yekunlarına həsr olunmuş toplantıda Atçılıq Federasiyasının prezidenti, general-leytenant Elçin Quliyev məlumat vermişdi. Federasiya prezidenti demişdi ki, Azərbaycanda artıq digər atçılıq idman növləri ilə yanaşı polo at yarışları istiqamətində də müəyyən uğurlara imza atılıb. Onun sözlərinə görə, bu ilin sentyabrında Bakıda polo üzrə Dünya Kuboku yarışları keçiriləcək. Kubok yarışlarında Azərbaycanla yanaşı ABŞ, Almaniya, Argentina və Kanadadan da idmançıların iştirakı nəzərdə tutulur. Lakin məsələ bundadır ki, Azərbaycanda polo atları yetişdirilmir və Azərbaycan Atçılıq Federasiyası onları Argentinadan alırmış. 






Teqlər:
Bu xəbər cəmi 2010 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR