Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

"İcra başçısı müavinini vadar edir ki, get pul yığ gətir" - Siyavuş Novruzov


Dövlət Təhlükəsizliyi Xidməti (DTX) rüşvət və korrupsiyaya bulaşan icra başçılarını bir-birinin ardınca həbs etməkdədir. Əvvəlcə Ağstafanın icra başçısı Nizaməddin Quliyev və müavini Ramiz Tatarov, sonra Yevlax Şəhər İcra Hakmiyyətinin keçmiş başçısı Qoca Səmədov, ardınca Neftçalanın icra başçı İsmayıl Vəliyev, daha sonra Biləsuvarın icra başçısı Mahir Quliyev...


 


Bir neçə gün bundan qabaq isə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev həbsxanaya göndərildi... İcra başçılarının ardınca sıra nazirliklərə çatıb. Belə ki, Mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramov və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sabiq rəisi Zakir Sultanovun barəsində həbs qətimkan tədbiri seçilib və hər ikisi həbs edilib.


 


Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İcra Hakimiyyəti, eləcə də, nazirliklərdə əməliyyatlar aparması davam edəcəkmi? Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov Modern.az-a açıqlamasında axtarışların davamlı olacağını istisna etməyib: 


 


“Yeni baş prokuror Kamran Əliyev təyin olunanda cənab prezident onunla videoformatda görüş keçirtdi. Görüş zamanı cənab prezident bu məsələ ilə bağlı fikirlərini bildirib. Ayrı-ayrı strukturlarda siqnallar daxil olmaqdadır və bu addımlar artırılacaq. Təbii ki, biz bütün bunların şahidi oluruq. Cənab prezident həmişə xəbərdarlıq edir ki, təyin olunan şəxslər vətəndaşlara xidmət etməli, xalq üçün problemlər yaratmamalı, onların çörəyinə bais olmamalı, verilən yardımı kəsməməli, ondan bəhrələnməməli, iş yerlərindən verilən kartları ciblərinə qoymamalıdır. Bunun nəticəsi olaraq həm işdən azad olunacaq, həm də cəzalandırılacaq. Biz bunların şahidiyik”.


 


Siyavuş Novruzov həbs edilən sabiq icra başçılarının Yeni Azərbaycan Partiyasının üzvü olmalarına da münasibət bildirib. “Həbs edilən sabiq icra başçılarının arasında Yeni Azərbaycan Partiyasının üzvü olanlar da var, olmayanlar da... Onlar YAP-çı kimi xəyanət etmir, tutduğu vəzifəyə xəyanət edir. Məsələn, icra başçısı müavinini vadar edir ki, get, məktəb direktorundan, təhsil və səhiyyə şöbəsindən pul yığ gətir. Hesab edirəm ki, bu cür hallar yolverilməzdir”.

Teqlər:
Bu xəbər cəmi 2080 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR