Ölkədə tətbiq edilən xüsusi karantin rejimindən mərhələli şəkildə çımaq lazımdır.
Medicina.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı bildirib.
Onun sözlərinə görə, sarı zonada yerləşən rayonlararası ictimai nəqliyyat, sərnişindaşımanın təşkili ola bilsin ki, önümüzdəki həftələrdə bərpa edilsin.
"Artıq icazə qadağasının götürüldüyü, kafe və restoranların açıldığı və gediş-gəlişə icazə verilən rayonlar arasında sərnişindaşıma bərpa edilə bilər. Bütün hallarda biz karantin rejimindən mərhələli şəkildə çıxacağıq”.