İmişli Rayon İcra Hakimiyyətinin sabiq icra başçısı Vilyam Hacıyevin oğlu işdən çıxarılıb.
“BakuPost” xəbər verir ki, bununla bağlı Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Məhəmməd Hacıyev Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin prokuroru vəzifəsindən azad olunub.
Baş Prokurorluğun Mətbuat Xidməti "Report"a faktı təsdiqləyib.
Qeyd edək ki, mayın 5-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları İmişli Rayon İcra Hakimiyyətinin binasında əməliyyat keçirib və V.Hacıyev həbs edilib.
Prezident İlham Əliyev mayın 6-da V.Hacıyevin İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Xatırladaq ki, ilk xəbəri unikal.org saytı yayıb.