Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Jurnalistin döyülməsinə MŞ-dən MÜNASİBƏT: “Müraciət etsin, araşdıraq !”

Jurnalistin döyülməsinə MŞ-dən MÜNASİBƏT: “Müraciət etsin, araşdıraq !”

“Dövlət orqanı informasiya vermək əvəzinə, vətəndaşı döyür, təhqir edirsə, hüquqi formada tədbir  görülməlidir”







“Yox əgər o, reketçiliklə məşğul olur, xidməti vəsiqəsindən sui-istifadə edirsə, qanunu pozduğunu görə məsuliyyətə cəlb olunmalıdır” 


 


 


 


 


Gədəbəydə “Anew” saytının əməkaşı Zaur Qəmbərovun döyülməsi xəbəri yayılıb. Məlumata görə, o, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Gədəbəy rayon şöbəsində olarkən həmin idarənin rəhbəri Elsun Xudaverdiyev və özünü onun sürücüsü kimi tanıdan İsfəndiyar Qələndərov tərəfindən döyülüb.


 


 Zaur Qəmbərov mayın 4-də işlədiyi sayta daxil olan şikayət məktubu əsasında DSMF-nin Gədəbəy rayon şöbəsinə gedib. 


 


Şikayətlə bağlı araşdırma apardığını görən DSMF Gədəbəy rayon şöbəsinin müdir müavini İbrahim Ələsgərov jurnalisti otağına dəvət edib və onu maraqlandıran sualları cavablandırıb.


 


Bu zaman özünü E.Xudaverdiyevin sürücüsü adlandıran İsfəndiyar Qələndərov otağa daxil olub və jurnalisti (?) nalayiq sözlərlə təhqir edərək, təxribata cəlb etməyə çalışıb. O, jurnalisti(?) dəhlizə çıxmağa və orada haqq-hesab çəkməyə çağıraraq təhdid edib. 


 


Onu döyən zaman mobil telefonu adıçəkilən şəxslər tərəfindən sındırılıb.


 


Daxili İşlər Nazirliyi (DİN) jurnalist Zaur Qəmbərovun DSMF-nin Gədəbəy rayon şöbəsinin rəhbəri Elsun Xudaverdiyev və onun sürücüsü İsfəndiyar Qələndərov tərəfindən döyülməsi məsələsinə münasibət bildirib. 


 


DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun əməkdaşı, polis baş leytenantı Eşqin Qasımov açıqlamasında bildirib ki, həmin şəxsin şikayəti əsasında materiallar toplanıb:


 


“Məsələyə baxılması üçün aidiyyəti üzrə Gədəbəy Rayon Prokurorluğuna göndərilib”.


 


Ancaq DSMF rayon şöbəsi müxbirin döyülməsi xəbərinin həqiqəti əks etdirmədiyini qeyd edib. Nazirliyin sözçüsü Fazil Talıbov mətbuata açıqlamasında deyib: “Mayın 4-də saat 11.05-də Qənbərov Zaur Ələddin oğlu şöbənin inzibati binasında şöbə müdirinin müavini İbrahim Ələsgərovun otağına gələrək onu təhqir edib. Səs-küyə sürücü İsfəndiyar Qələndərov otağa daxil olarkən onu da hədələyərək sürücüylə mübahisə edib. İdarənin müdirini və işçiləri təhqir edib. Hədə qorxu gəlib. İdarənin iş ahəngini 40 dəqiqəyə yaxın pozub. Zaur Qənbərovla bağlı insidentə və onun hərəkətlərinə hüquqi qiymət verilməsi üçün DSMF-in yerli şöbəsi tərəfindən Gədəbəy rayon Prokurorluğuna müraciət olunub”.


 


 “Sherg.az”saytı olaraq hadisəyə münasibət bildirməsi üçün Mətbuat Şurası sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli ilə əlaqə saxladıq. O, məsələnin hələ ki, qaranlıq olduğunu vurğuladı:


 


“Verilən ilkin informasiya tam deyil, qüsurludur. Hər halda jurnalistin hansı KİV-də çalışdığı göstərilməli idi. İkinci bir tərəfdən  müxbirin fəaliyyətinə dair heç bir məlumat yoxdur. Odur ki, Zaur Qəmbərovun fəaliyyətinə jurnalist kimi qiymət vermək çətindir. Əgər, həqiqətən, belə hal yaşanıbsa, həmin şəxs bizə müraciət edə bilər. Biz məsələnin araşdırılmasına çalışarıq”. 


 


M.Ələsgərlinin sözlərinə görə, heç bir dövlət qurumunun vətəndaşa zor tətbiq etmək hüququ yoxdur:




“Bəlkə də, Zaur jurnalist deyil, adi vətəndaşdır. Amma “İnformasiya əldə etmək haqqında” Qanuna əsasən hər kəsin istədiyi informasiyanı almaq, yaymaq hüququ var. Əgər dövlət orqanı informasiya vermək əvəzinə, vətəndaşı döyür, təhqir edirsə, hüquqi formada tədbir  görülməlidir”.


 


 JuHİ-nin rəhbəri reketçilik məsələsinə də toxundu:




“Dediyim kimi, həmin adamın jurnalist olduğunu təsdiqləyən bir fakt yoxdur. Əgər o, reketçiliklə məşğul olur, xidməti vəsiqəsindən sui-istifadə edirsə, qanunu pozduğunu görə məsuliyyətə cəlb olunmalıdır”.                                                                                                     

Teqlər:
Bu xəbər cəmi 2015 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR