Bismilləhir-Rahmənir-Rahim!
Mübarək Ramazan ayı bizə doğru gəlməkdədir. Allahdan istəyimiz budur ki, bizlərə tövbəli halda, bağışlanmış halda mübarək Ramazan ayına daxil olmağı nəsib etsin!
Mövzumuz Şaban ayını yekunlaşdıran, yekun günləri yaşayan və üzü Ramazan ayına doğru gedən bir imanlı şəxsin halı, durumu ilə bağlıdır. Dəyərli əxlaq ustadlarının, İslam alimlərinin mübarək Ramazan ayını qarşılamaqla bağlı, bu aya daxil olarkən nəyə diqqət etməklə bağlı çox önəmli tövsiyələri var.