"Karantin rejiminin yumşaldılması ilə bağlı plan bu həftədən hazırlanacaq".
BakuPost.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov AzTV-də yayımlanan "Hədəf" verilişində deyib.
Qurum rəsmisi bildirib ki, mayın 4-dən sonrakı dövrdə artıq karantindən çıxış mərhələsi başlayır. O, qeyd edib ki, karantindən çıxış mərhələ-mərhələ olacaq.
"Hazırda bununla bağlı bizə iki əsas prinsip məlumdur. Birincisi, mayın 4-dən sonrakı dövrdə artıq karantindən çıxış mərhələsi başlayır. İkincisi də, karantindən çıxış mərhələli şəkildə həyata keçiriləcək. Biz artıq mayın 4-də mart ayındakı situasiyaya qayıtmacağıq. Bu gözlənilmir. Bu barədə artıq fikir ayrılığı yoxdur və qərar qəbul olunub. Hansı mərhələlərin daha tez yumşalmağa başlanılması və ardıcıllığı müzakirə olunur. Bu həftədən uzadılmış karantin rejimindən mərhələli çıxış planının detalları məlum olacaq və bu, qarşıdan gələn günlərdə ictimaiyyətə elan ediləcək".