Sabunçi İcra Hakimiyyəti sosial şəbəkələrdə yayılan ittihama cavab verib.
Qeyd olunub ki, Məmmədov Şəmkir Qəni oğlunun youtube.com sosial şəbəkədə Sabunçu qəsəbəsi ərazisində özünün və qonşusunun aparmaq istədikləri tikinti işlərinin qəsəbə icra nümayəndəliyi tərəfindən dayandırılması haqqında videomaterial Rayon İcra Hakimiyyəti tərəfindən araşdırılıb:
“Vətəndaş Məmmədov Şəmkir Qəni oğlu hal-hazırda Bakı şəhərinin Xətai rayonu, E.Əliyev küçəsi 11 ünvanında rəsmi pasport qeydiyyatındadır. Buna baxmayaraq, şikayətçinin özü və qonşusu Məmmədov Valeh Cəlal oğlu həmin ərazidə qanunsuz inşa etdirdiyi evlərdə məskunlaşıblar.
Qəsəbə icra nümayəndəliyi əməkdaşlarının Ş.Q.Məmmədovun və qonşusu V.C.Məmmədovun yaşadığı evlərinə bitişik ərazini qanunsuz hasarlayaraq torpaq sahələrini artırmaq niyyətlərinin qarşışını almışdırlar.
Nəzərinizə çatdırırıq ki, həmin ərazilər dövlət mülkiyytindədir və məktəb tikintisi üçün nəzərdə tutulub”.
İcra Hakimiyyətindən o da bildirilib ki, rayon rəhbərliyi cənab Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrini rəhbər tutaraq, hər bir sakinin qayğısına qalmağı, onların problemlərini həll etməyi, vətəndaş məmnunluğuna nail olmağı prioritet məsələ hesab edir, bu istiqamətdə bütün zəruri addımları atır.