Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Jurnalistlərdən prezident və birinci xanıma müraciət

Jurnalistlərdən prezident və birinci xanıma  müraciət
Tanınmış jurnalist Nicat Dağların sağlıq durumunda yaranmış ciddi problemlə bağlı olaraq, bu gün ölkənin bir sıra jurnalistləri dövlət başçısı İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət ediblər.


Müraciətin mətnində bildirilir:



"Bu müraciəti yazmaqda məqsədimiz Sizdən tanınmış jurnalist, teleqraf.az saytının baş redaktoru, 15 ildən artıq mediada çalışan Nicat Dağların (Hüseynov) ağır xəstəlikdən xilası üçün kömək istəməkdir. Sizin hər bir Azərbaycan vətəndaşına və onun problemlərinin həllinə sayğı ilə yanaşdığınıza əminik, daim bu cür xeyirxah əməllərinizin şahidi olmuşuq və inanırıq ki, bizim müraciətimizə biganə qalmayacaqsınız.



Diqqətinizə çatdırırıq ki, Nicat Sakit oğlu Hüseynovun səhhəti iki həftə öncə qəfildən pisləşmiş, onda öncə daxili, daha sonra xaricə nüfuz kəllədaxili qanaxmalar müşahidə edilmişdir. İlkin müayinələri zamanı onun qara ciyərinin və dalağının normadan 2 dəfədən də artıq böyüdüyü, ciddi zədə aldığı aşkarlanıb. Onun vəziyyəti ötən həftə daha da ağırlaşdığı üçün yaxınları təcili olaraq Gürcüstana aparmaq məcburiyyətində qaldılar. Müayinələr zamanı Nicat Dağların qanının tərkibində parçalanmalar baş verdiyi üzə çıxıb.



Hazırda onun durumu kritikdir. Həkimlərin ilkin rəyinə görə, bu tip qan və qaraciyər xəstəliklərinin müalicəsi üçün külli-miqdarda vəsait tələb olunur. Hazırda tələb olunan və gərəkən xərclərin dəqiq məbləği də müəyyən deyildir. Nicat Dağların hazırda müalicəsini həyata keçirmək üçün maddi imkanları yoxdur. 



Nicatın iki azyaşlı övladı var, uzun illərdir xəstə olan anası da onun öhdəliyindədir, həmçinin kirayədə yaşayır. 



Mətbuatda öz imzasını təsdiqləmiş, vicdanla çalışmış, vətənpərvər, dövlətçilik prinsiplərimizi, milli maraqlarımızı daim təbliğ edib. 



Cənab prezident!



Hörmətli Mehriban xanım!



Nicatın sağalması, balalarını böyütməsi, öz missiyasını davam etdirməsi üçün tələb olunan vəsaitləri olmadığı və bizim də bu imkanlarımız məhdud olması, həmçinin, vəsaitlərin qısa bir zamanda – 3-5 gün ərzində əldə olunması zərurəti yarandığından Sizdən köməklik göstərməyinizi xahiş edirik və Sizə güvənirik! 



Öncədən təşəkkür edirik!”



Müraciətə ölkənin nüfuzlu baş redaktorları, media qurumlarının rəhbərləri, sıravi jurnalistlər qoşulublar, hazırda imzalanma prosesi davam edir, sənəd qısa müddətdə yekunlaşdırılaraq ünvanına göndəriləcək. /musavat.com/


Teqlər:
Bu xəbər cəmi 1440 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR