Brent markalı neft Londonun ICE birjasında 5,24 faiz ucuzlaşaraq 25,96 dollara satılır.
ABŞ-ın WTI nefti isə qiymət müşahidələrinin aparılmağa başladığı dövrdən bəri ən kəskin ucuzlaşmaya məruz qalıb. Belə ki, Nyur-Yorkun NYMEX birjasında Bakı vaxtı ilə saat 20.56-da bu marka neftin may və iyun fyucersləri üzrə qiymət 4 dollara satılıb.
ABŞ neftinin qiymətindəki bu azalma ölkədə nefti saxlamaq üçün olan mövcud anbarların dolmaq üzrə olması ilə izah edilir.
ABŞ-da şist neft hasilatı ilə yüzlərlə şirkət məşğul olur. Bu sektorda on milyonlarla insan çalışır. Hazırkı qiymət neftin maya dəyərindən 5 dəfə aşağıdır. Bu isə quyuların sürətlə bağlanması və milyonlarla insanın işsiz qalması deməkdir. Seçkilər ərəfəsində bu vəziyyət Donald Trampa qətiyyən sərf etmir. Bu baxımdan, bu gün, yaxud sabahdan onun neft bazarındakı vəziyyətlə bağlı yeni təkliflər səsləndirəcəyi gözləniləndir.
Qeyd edək ki, bu gün Azərbaycanın dünya bazarına çıxardığı Azery Light markalı neft də kəskin şəkildə ucuzlaşaraq 14.85 dollara satılıb.
Tarix: