Yeni meydan.info xəbər verir ki, bunu Madaqaskar Prezidenti Endryu Racoelina deyib.
“Madaqaskar Tədqiqat İnstitutu tərəfindən hazırlanan və sınaqdan keçirilən “Covid Orqaniks” adlı dərmanın tərkibində başda yovşan olmaqla, bir çox şəfalı bitkilər vardır. Yaxın zamanda dərmanın kütləvi istehsalına başlanacaq”, - ölkə başçısı bildirib.
Qeyd edək ki, Madaqaskarda 83 nəfər pandemiyaya yoluxub. Bu günə kimi virusdan ölən olmayıb, 39 nəfər isə sağalaraq evə buraxılıb.
***
Madaqaskar Prezidenti Endryu Racoelina yeni növ bitki mənşəli dərmanı özü sınaqdan keçirib.
Prezident kamera qarşısına keçərək dərmanı içib. Daha sonra bildirib ki, sözügedən dərman vasitəsilə iki nəfər koronavirusdan sağalıb.
O qeyd edib ki, "Covid Orqaniks" adlı dərman 7 gün ərzində nətic
əsini göstərir.