Bölgənin mafiya ilə mübarizə üzrə komitəsinin prezidenti Klaudio Fava bunu pandemiyada yaxınlarını itirənlər üçün təhqir adlandırıb.
Mütəşəkkil cinayətkarlıq əleyhinə fəaliyyət göstərən yüksək rütbəli məmurlar və ekspertlər ABŞ-ın CNN kanalına verdikləri müsahibədə koronavirus pandemiyasının İtaliyanın cənubunda mafiyaya ikinci nəfəs verdiyini açıqlayıblar.
Onların sözlərinə görə, cinayətkar qruplar böhrandan əziyyət çəkən şəxslərə və müəssisələrə yüngül şərtlərlə kredit təkilf edirlər. Əsl hədəfləri isə, hökumətin iqtisadiyyatı canlandırmaq üçün ayırdığı milyardlarla vəsaiti fırıldaq yolu ilə ələ keçirməkdir.
Mafiyanın ən qüdrətli qolu, “Ndtraqetta” hazırda Kalabriya bölgəsində kök salıb və Avropada kokain ticarətinin 80%-nə nəzarət edir.
“Qomorra: İtaliya mafiyasının başqa siması” kitabının müəllifi, Neapolda cinayətkar strukturları ifşa etməklə tanınan, jurnalist Roberto Saviano narkotacirlərin hazırda gəmi və hava limanlarında nəzarətin zəifləməsindən çox gözəl yararlandığını bildirib. Onun sözlərinə görə, mafioz qruplar təkcə narkotiklərlə kifayətlənməyib, iqtisadiyyatın üst sahələrinə də çıxmağı bacarıblar.
İtaliya polisinin rəhbəri Franko Qabrielli cinayətkar təşkilatların “COVİD-19”la bağlı gətirilən məhdudlaşdırmaların xaricində tutulan iqtisadi bölgələrə nüfuz etməyə başladığını söyləyib. Buraya kənd təsərrüfat malları şəbəkələri, dərman və tibb ləvazimatlarının tədarükü, yol nəqliyyatı kimi sahələr daxildir.
Esseks universitetində kriminologiya dərsini keçən Anna Serci mafiyanın leqal banklardan kredit almağa çətinlik çəkən əhaliyə sərfəli şərtlərlə borc verdiyi barədə informasiyalar aldığını bildilrib. “Əvvəlcə problemli insanlara və şirkətlərə pul vermək, daha sonra isə onlar üzərində tədricən nəzarəti ələ keçirmək-bu mafiyanın çoxdankı taktikasıdır,”-deyə xanım Serci söyləyib.
Sicilyanın Katandzaro kommunasının prokuroru Nikola Qratteri artıq bütün şirkət, restoran və otellərin təhlükə altında olduğunu deyib.
2008-ci ildəki maliyyə böhranı buna ən böyük sübutdur. Hələ o vaxt “SOS İmpresa” kimi antimafioz qruplar mafiyanın ölkədə ən böyük banka çevrildiyini deyirdi. Qrupun hesablamalarına görə, bir çox italyan bankının güclə ayaqda qaldığı və Avropa Mərkəzi bankından dəstək görmək üçün yalvardığı 2012-ci ildə cinayətkarların əlində borc verməyə hazır 65 milyard dollar nağd pul olub. Roberto Saviano “nağdlaşmanı” koronavirus böhranından sonra gələcək bəlaların mərkəzi adlandırıb.
Oksford universitetində mütəşəkkil cinayətkarlığı araşdıran Zora Hauzer mafioz qrupların iqtisadi və sosial böhrandan istifadə edərək əvvəlki qüdrətini bərpa edəcəyini düşündüyünü dilə gətirib.
“Koza nostra” həbsxanadakı insanların ailələrinə sosial yardım etməklə onların rəğbətini qazana bilib.İndi onun qolları daha kasıb insanlara qədər uzanacaq. Bu canilər özlərini dövlətə alternativ qurum kimi göstərmk istəyirlər,”-deyə “La Repubblica” qəzetini jurnalisti Salvo Palatsolo kanala danışıb.
Dövlət də artıq təhlükənin fərqindədir. CNN-in xəbərinə görə, daxili işlər naziri Lusiano Lamorgeze regional hökumətlərin rəhbərlərinə cinayətkar təşkilatların populyarlığını artırmaq üçün insanlara sosial yardım adı atında göstərəcəyi dəstəyin önünü kəsməyə çağırıb.