Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Mərkəzi Neftçilər Xəstəxanasının yeni rəhbərliyinə qarşı İTTİHAM: “Dializ xəstələrinin başına oyun açırlar”

Mərkəzi Neftçilər Xəstəxanasının yeni rəhbərliyinə qarşı İTTİHAM: “Dializ xəstələrinin başına oyun açırlar”
“Dializ xəstəsiyik, bu vəziyyətimizdə 20 yanvar metrosuna necə gedib-gələcəyik?”


Bu fikirləri Yenicag.az-a müraciətində 13 ildir, Mərkəzi Neftçilər Xəstəxanasında dializ proseduru qəbul edən Müzəffər Vəliyev bildirib.

Müzəffər Vəliyevin sözlərinə görə, Mərkəzi Neftçilər Xəstəxanasının yeni rəhbərliyi orada müalicə olunan 31 dializ xəstəsini iradələrinin əksinə olaraq, başqa klinikaya göndərmək istəyir:

“13 ildir, “Neftçilər” xəstəxanasında dializ proseduru qəbul edirəm. Əvvəl bu prosedur xəstəxananın 3-cü mərtəbəsində aparılırdı. Leyla Seyidova xəstəxanaya rəhbər gətiriləndən sonra dializ qəbul edən xəstələri masaj şöbəsinə keçirdilər.

Bununla əlaqədar Prezidentə şikayət məktubu yazandan sonra bizim üçün Şah İsmayıl Xətainin heykəli istiqamətindən xəstəxanaya giriş-çıxış yolu ayırıldı.

Amma bunun bizim üçün elə bir fərqi yoxdur. Cəmi 31 xəstəyik. İndi bizi “Neftçilər” xəstəxanasından uzaqlaşdırıb, M. Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanasına göndərmək istəyirlər”.

Müzəffər Vəliyev xəstəxana rəhbərliyinin dializ qəbul edən pasiyentləri oradan uzaqlaşdırmaq istəyinin səbəblərini də açıqlayıb:

“Bizi hələ əvvəlki rəhbərliyin vaxtından oradan uzaqlaşdırmaq istəyirdilər, indi koronavirusun yayılması ilə sanki əllərinə fürsət düşüb. Xəstəxananın əsas girişinin iki korpusunda koronavirus xəstələri yerləşdirilib. Bizim o korpuslarla heç bir əlaqəmiz yoxdur.

Vaxtilə 78 xəstə idik, indi cəmi 31 nəfər qalmışıq. Bizim istəyimiz odur ki, illərdir, müalicə aldığımız yerdən başqa yerə köçürülməyək. Yeni gələn direktor Musa Abasov göstəriş verib ki, bizi oradan çıxarsınlar. Bizim tək istəyimiz burada qalıb, müalicə olunmaqdır. Dializ xəstəsiyik, bu vəziyyətimizdə 20 yanvar metrosuna necə gedib-gələcəyik? Dializ xəstələrinin başına oyun açırlar.

Başqa ölkələrdə xəstəxanalar dializ xəstələrini nəqliyyat vasitəsilə təmin edirlər. Bizdə bunu edə bilmirlər, anladıq, ancaq buradan 20 yanvara gedib-gəlmək mümkün olmayacaq. Dializ xəstələrinin müalicə xərclərini dövlət ödəyir. Xəstəxana rəhbərliyi bizi buradan niyə qovmaq istəyir, onu bilmirik”.

Şikayətçinin sözlərinə görə, xəstəxana rəhbərliyinin dializ xəstələrini uzaqlaşdırmaq istəməsinin kökündə pul qazanmaq məqsədi dayanır:

“Bilirik ki, xəstəxana rəhbərliyi stomatoloqlardan hər ay 500 manat alır. Yəqin ki, bizim dializ proseduru qəbul etdiyimiz yeri də həkimlərə pulla satmaq istəyirlər. Ölkə rəhbərliyinə də bu barədə 31 xəstənin adından məktub ünvanlamışıq. Tələbimiz illərdir, müalicə aldığımız yerdə qalmağımızdır”.

Səxavət Məmməd


Teqlər:
Bu xəbər cəmi 3320 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR