Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

"Uşaqlar bu xəritədən nə başa düşəcəklər, özü də haradan götürmüsünüz Allah bilir"


Tovuzda Tarix-Diyarşünaslıq Muzeyinin açılışında iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev muzeyin eksponatları ilə tanış olub.


Muzeydə nümayiş olunan tarixi xəritələrlə bağlı iradlarını bildirən Prezident İlham Əliyev soruşub: “Bu, neçənci əsrin xəritəsidir? Gərək yazılsın. Hər bir xəritədə yazılmalıdır neçənci əsrə aiddir, çünki dövlətlər dəyişib, sərhədlər dəyişib. Bu xəritəni siz haradan götürmüsünüz?”.


Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov Prezidentə bildirib ki, xəritə Mədəniyyət Nazirliyindən götürülüb.


Prezident isə irad bildirərək qeyd edib: “Mədəniyyət Nazirliyindən? Qədim adlar, məsələn, Sisian yazılıb. O vaxt Sisian adı yox idi, sonra kimsə bunu uydurub. Xəritədə indiki Azərbaycan ərazisində Mingəçevirdən başqa heç bir tarixi ad yazılmayıb. Halbuki, Bərdə, Qəbələ, Naxçıvan - bütün bunlar qədim şəhərlərimiz olub. Ona görə soruşuram, bu, hansı əsrə aiddir? Çünki bu xəritədən heç nə başa düşmək mümkün deyil. Qafqaz Albaniyası dövləti də burada göstərilmir. Amma baxın, bu Urartu hansı hərflərlə yazılıb. Ona görə buna baxmaq lazımdır. Mədəniyyət Nazirliyi ilə əlaqə saxlayın, xəritələr həm dəqiq olmalıdır, həm də bunun tarixi göstərilməlidir. Bu xəritə də bilinmir hansı tarixə aiddir. İndiki Azərbaycan ərazisində heç bir şəhərin adı yoxdur. Var buna cavab? Xəritə asmısınız, hesab edirsiniz ki, bununla iş düzəlir? Bu xəritə bizim tariximizdir. Uşaqlar gəlib bu xəritədən tarix haqqında nə başa düşəcəklər? Heç bilinmir nədir bu. Özü də haradan götürmüsünüz Allah bilir. Buna belə yanaşmaq olmaz. Eksponatları doldurursunuz, hesab edirsiniz ki, bununla iş bitir? Özü də uşaq otağıdır. Uşaq gəlib soruşacaq ki, bu nədir, mənim məmləkətim nədir? Haradadır mənim qədim şəhərlərim? Onun əvəzinə orada Urartu görürük”.


Tarix, milli kimlik hadisəsi bütün həqiqətlərin açarıdır. Məhz, Dövlət başçısı bu reallığı daim təməl prinsipi kimi gündəmdə saxlayır və ona böyük həssaslıqla yanaşır. Əsrlərin daş yaddaşı olan tarixi və mədəni abidələrin bərpası, bütün ölkə coğrafiyasında tarix-diyarşünaslıq muzeylərinə diqqət, dediklərimizin sübutu sayıla bilər. Prezidentin Tovuz rayonunda muzeylərin açılşı zamanı xalqımızın tarixini əks etdirən əyani vəsait, maddi mədəniyyət nümunələri ilə yaxından tanışlığı, onları təhlil etməsi, tutduğu iradlar da göstərdi ki, bu sahə dövlət siyasətində prioritet istiqamətdir. Yer adları, toponimlərin tədqiqi, onlara həssas münasibət, bir sözlə, milli dəyərlərə ehtiram azərbaycançılıq idelogiyasının əsasını təşkil etməklə bərabər, gənclərdə vətənpərvərlik hisslərinin aşılanmasında əvəzsiz rol oynayır. Ona görə də Prezident hər zaman tariximizin öyrənilməsini, təbliğini, gələcək nəsillərə olduğu kimi çatdırılmasını vətəndaşlıq borcu adlandırır. Gəncliyin tariximizi dərindən öyrənməsi qlobal məkanda cərəyan edən poseslər fonunda da mühüm aktuallıq kəsb edir. Çünki bu, ilk növbədə onlara milli kimlik hissini aşılayır, vətənə bağlılığını artırır. Prezident istisnasız olaraq bütün tədbirlərdə Azərbaycan gəncliyinə bu tövsiyyə ilə müraciət edir: azad və müstəqil yaşamaq, vətənpərvər olmaq, tariximizi öyrənmək və unutmamaq. Dövlət başçısının Tovuz rayonunda muzeylərlə tanışlığı zamanı tariximizin ayrı-ayrı detalları üzərində xüsusi  dayanması əslində bu baxımdan hər bir vətəndaşa, ümumilikdə ölkə ictimaiyyətinə, o cümlədən aidiyyatı qurumlara açıq çağırış idi. Xalqımızın yüz illər boyu yaratdığı mədəni irs tarixi köklər üzərində qorunmalı və gələcək  nəsillərə ötürülməlidir. Prezidentin tapşırığına əsasən İrəvan xanlığı, eyni zamanda tariximizin ayrı-ayrı mərhələləri ilə bağlı elmi əsərlərin bir neçə dilə tərcümə olunması, müstəqillik dövrünə həsr edilən sanballı elmi əsərlərin yardılmasını bu kontekstdə mühüm töhfə adlandırmaq olar. 


Sözügedən məqamı özündə əks etdirən süjet AzTV-nin “Xəbərlər” proqramında yayımlanıb.

Teqlər:
Bu xəbər cəmi 2185 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR