Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı iki rayon xəstəxanasına baş həkim təyin edib.
Mia.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Bildirilib ki, müvafiq əmrlə Əliyev Ramiz Bəylər oğlu “Neftçala rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə, Azadxanov Elnur Ramazan oğlu “Astara rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə direktor vəzifəsinə təyin olunub.
Xatırladaq ki, Neftçala Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Telman Zahidov ötən ay DTX-nın rayonda keçirdiyi əməliyyatla həbs edilib.Astaranın Baş həkiminin qanunsuzluğu haqda isə mətbuatda video yayıldıqdan sonra vəzifəsindən çıxarılmışdı.