Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Qara maskalılar cəmiyyətin rəğbətini necə qazandılar...

Qara maskalılar cəmiyyətin rəğbətini necə qazandılar...
Azad İsazadə: “İnsanlarda müsbət emosiya yaranır ki, bizi qoruyurlar, bizim haqqımızı tapdamağa qoymurlar”


Öncə Ağstafa rayonunun, daha sonra Neftçala rayonunun icra başçısının DTX əməkdaşları olan qara maskalılar tərəfindən kabinetində həbs olunması, onların yol verdiyi qanunsuz əməllərin və korrupsiya faktlarının gizli kamera ilə çəkilib sübut kimi cəmiyyətə təqdim olunması vətəndaşlar tərəfindən də rəğbətlə qarşılanıb.



Sosial şəbəkədəki paylaşımlardan da hiss olunur ki, insanlarda qara maskalı DTX əməkdaşlarına qarşı simpatiya yaranıb, onları obrazlı şəkildə “xilaskar kimi, ağ atlı qəhrəman” kimi təqdim edənlər də var. Halbuki Azərbaycan insanında qara maskalı, qara şinelli şəxslərə qarşı hər zaman qorxu və ikrah hissi olub.



1937-ci il repressiyaları zamanı ziyalıların yaşadıqları evlərdən aparılıb güllələnməsi, sürgün edilməsi, daha sonra milli təhlükəsizlik naziri Eldar Mahmudovun əlaltıları olan şəxslərin vətəndaşları incitməsi belə mənfi bir təsəvvür yaratmışdı. İndi isə bölgələrdə vətəndaşlara zülm edən yerli idarəetmə orqanlarının rəhbər şəxslərinin qara maskalı təhlükəsizlik əməkdaşları tərəfindən həbs edilməsi onlara qarşı bir rəğbət yaradıb.



Əhməd Qəşəmoğlu ile ilgili görsel sonucu



“Yeni Müsavat”a açıqlamasında mövzunu şərh edən sosioloq Əhməd Qəşəmoğlu bildirdi ki, sosial psixologiyada bu  məsələ izah olunub: “İnsanların hər zaman bir tənqid obyekti olur, narazı olduğu sahə olur. Azərbaycan  müstəqillik qazandıqdan sonra yerli icra orqanlarının rəhbərləri əhali arasında çox mənfi imic qazandılar. İnsanın belə bir xüsusiyyəti var ki, hər hansı bir şəxsin gəlirləri vəzifəsinə və aldığı əmək haqqına uyğun olmadıqda onlarda qıcıq doğurur. İnsanlar məmurun aldığı əmək haqqı məbləğindən məlumatlı olduqda və onun günbəgün əldə etdiyi sərvəti gördükdə  onlarda nifrət yaranır. Onlar bilirlər ki, həmin insanlar düz yolda deyil, oğurluqla məşğuldurlar. Həmçinin vəzifəli şəxslər zaman-zaman insanlara əziyyət verib, onların haqlarını tapdayıblar. Nəticədə tənqid obyektinə çevriliblər, onlara qarşı cəmiyyətdə ikrah yaradıb. Həmin şəxslərə qarşı hüquqi tədbirlərin görülməsi, onların oturduqları kresloda həbs olunması bu mənada vətəndaşları sevindirir, həmin qara maskalılara simpatiya yaranır”.



Psixoloq Azad İsazadə ile ilgili görsel sonucu



Psixoloq Azad İsazadənin sözlərinə görə isə əməliyyat keçirən zaman üzlərini gizlətmək bütün hüquq-mühafizə orqanlarına aiddir: “Onların özlərinin və ailələrinin qorunması, təhlükəsizliyin təmin olunması məqsədilə tətbiq olunan bir qaydadır. Çünki onlar başqa ölkələrin xüsusi xidmət orqanlarına, həm də mafiyaya və korrupsiyaya bulaşmış vəzifəli şəxslərə qarşı mübarizə aparırlar. Bu maskaları təkcə dövlət təhlükəsizlik qurumları yox, kəşfiyyat və əks kəşfiyyat yox, o cümlədən bəzən polis də istifadə edir”.



Psixoloq vurğuladı ki, qara maskalılar əməliyyatı ədaləti bərpa etmək məqsədilə istifadə olanda rəğbət doğurur: “Ancaq maskalı insanlar ədalətli əməliyyatlar keçirəndə və artıq neçənci dəfədir ki, qanunsuz fəaliyyət göstərən dövlət məmuruna qarşı keçiriləndə o zaman simpatiya yaradır. Bununla yanaşı, cinayətkarlara və mafiya qruplaşmalarına qarşı aparılanda da insanlarda müsbət emosiya yaradır ki, bizi qoruyurlar, bizim haqqımızı tapdamağa qoymurlar. Belə qurumlar əhali arasında hörmət qazanırlar. Bizdə reallıqdan doğan belə bir  təsəvvür yaranmışdı ki, hər bir güc strukturu ilə danışıb məsələni həll etmək olar. O cümlədən korrupsiya yolu ilə, tanış, qohum vasitəsilə və sair məsələni yoluna qoymaq olar. Birdən-birə əhali görür ki, icra başçısı kimi heç də kiçik olmayan bir vəzifəli şəxsə qarşı Dövlət Təhlükəsizlik Xidməti heç bir güzəşt etmədən belə bir əməliyyat keçirirsə,  istər-istəməz əhali arasında rəğbətlə qarşılanır. Vətəndaşları incidənlərə qarşı hansısa güc istifadə olunanda əhalidə müsbət reaksiya yaranır”.


Teqlər:
Bu xəbər cəmi 1255 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR