“Yenimeydan.info” Trend-ə istinadən həmin təbriki təqdim edir:
"Ramazan müsəlmanlar üçün dərin düşünmə, din və etiqad vaxtıdır. Bu, həmçinin, ailələr və dostlar üçün birgə yığışmaq və müxtəlif dinlərdən olan insanları birləşdirən ədalət, bərabərlik və bir-birinə şəfqət prinsiplərini reallaşdırmaq imkanıdır. Bu əlaqələr bir çox hallarda bizləri ayıran fərqlilikdən daha möhkəmdir" - deyə Obama bildirib.
Onun sözlərinə görə, amerikalı müsəlmanlar ölkənin inkişafına öz töhfəsini verir, hökumətdə, elm, biznes və xeyriyyəçilik sahələrində işləyir.
Obama qeyd edib ki, ötən 4 il ərzində olduğu kimi, bu il də bir qrup müsəlmanı Ağ Evdə iftar süfrəsinə dəvət edəcək.
ABŞ prezidenti Yaxın Şərq və Afrika müsəlmanlarını əmin edib ki, Vaşinqton onların ölkələrində demokratik dəyişikliklərin olması üçün fəaliyyət göstərəcək.
Qeyd edək ki, ABŞ-da 2.6 milyon müsəlman - əhalinin 1 faizi - yaşayır.