Sosial şəbəkədə yeni bir siyasət qovğası başlayıb. Bu dəfə "səngərə girib" atışanlar hüquqşünas Aslan İsmayılovla AXCP sədri Əli Kərimllinin tərəfdarlarıdır.
Bir zamanlar müttəfiqlik edən, bir-birinə mediada dəstək verən şəxslərin qovğasının səbəbi A.İsmayılovun AXCP haqqında tənqidi fikirlər səsləndirməsidir. Bundan sonra cəbhəçilər onun üzərinə hücuma keçərək, İsmayılovun keçmişini xatırladıb, onu mövcud rejimə işləməkdə günahlandırıb, ifşa etməyə başlayıblar.
A.İsmayılov isə sosial mediada telemüraciət yazaraq özünü müdafiə etməyə cəhd edib, qarşı tərəfin xəyanətkar olduğunu bəyan edib. Bu dəfə isə onun ünvanına çoxsaylı təhqirlər yazılıb.
Aşağıda həmin təhqiramiz ifadələrin yer aldığı skrinşotları təqdim edirik.
Musavat.com