Müdaxilələri minimuma endirəcək qutular həm mexaniki, həm də elektron sayğaclar üçün asanlıqla istifadə ediləcək.
“Azəriqaz” İstehsalat Birliyinən Pravda.az-a verilən məlumata görə, xarici təsirlərə - xüsusən də zərbələrə davamlıdır. “Beləliklə, sayğaclara müdaxilələr minimuma enəcək. Qutu ayrılıqda 2 yerdən möhürlənəcək. Abonent ilə Birlik arasındakı yersiz mübahisələr, ittihamlara əsas qalmayacaq. Dövlət yoxlanışı zamanı sayğac qutu ilə birlikdə götürüləcək və müvafiq müəssisədə abonentin öz iştirakı ilə açılaraq lazımı prosedura təqdim ediləcək. Abonent mexaniki sayğacın göstəricisini qutunun üzərindən asanlıqla oxuya bilər, elektron sayğaclarda isə qutunun üzərindəki kiçik pəncərə açılmaqla kart vasitəsilə balansı artırmaq mümkündür” - məlumatda qeyd edilib.