Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Seçki ilə bağlı belə bir qanuna ehtiyac var” - MÜSAHİBƏ

Seçki ilə bağlı belə bir qanuna ehtiyac var” - MÜSAHİBƏ
Fəzail İbrahimli: “Azərbaycan heç bir xarici ölkənin ölkəmizə barmaq uzatmasına imkan vermir” Dünyada və regionda gərginliyi ilə müşahidə olunan proseslər cərəyan etməkdədir. Böyük güclərin öz maraqları uğrunda apardığı savaşda Azərbaycanın nə dərəcədə səmərəli siyasət yürütdüyü müzakirə mövzusu olaraq çözülür. Ölkənin gündəmi maraqlı hadisələrlə diqqət çəkir.


9 fevral növbədənkənar parlament seçkilərinin qalib namizədi, bundan əvvəl 4 dəfə deputat mandatı qazanmış Fəzail İbrahimli ilə müsahibədə bu və ya digər məsələlərə aydınlıq gətirib.



 



“Qarabağ problemini boğazımıza tıxıyıb bizi boğmaq istəyirlər”



 



- Fəzail müəllim, bu gün ölkənin ictimai-siyasi gündəmində cərəyan edən proseslərin inkişaf tempinə, aparılan islahatlara nəzər yetirsək, mövcud durumu necə təhlil edərdiz? Daxildə gedən ictimai-siyasi proseslər xaricdən hansı reaksiya ilə qarşılanır?



 



- Azərbaycanın coğrafi yerləşməsi, geosiyasi yeri, yeraltı-yerüstü sərvətləri çoxlarını maraqlandırır. Bu mənada Azərbaycandakı durumu qiymətləndirmək üçün biz mütləq müqayisələr aparmalıyıq. Götürək qonşu İran dövlətini, dinimiz birdir, bir müsəlman ölkəsidir. Bu müsəlman ölkəsinin yeraltı sərvəti, gücü, hərbisi var. Bu, dünyanın “gözünə batır”, böyük dövlətlər onu sarsıtmaq, neftini əlindən almaq, şah rejimindəki istəkləri yenidən reallaşdırmaq üçün orda tələbə hərəkatına strat verdilər. Hardansa bir burulğan yaradıb, nefti mənimsəmək istəyirlər.



 



Gələk, Türkiyəyə. Orada Rəcəb Tayyib Ərdoğan qürurla dünya dövlətlərinə bəyan edir ki, mən kişiyəm, qüdrətim var, millətim var, boynumu heç kimin boyunduruğuna sala bilmərəm. NATO-nun üzvü olmasına baxmayaraq Türkiyəyə qarşı olan təzyiqlər səngimir. Az qala Suriya problemini onun boğazına təpmək istəyirlər. Amma Ərdoğan çox mərdanə dayanıb.



Yaxın Şərqə baxaq, qan içində boyanır. 



Biz orta məktəbdə oxuyanda, Çar Rusiyasının xarakterini səciyyələndirmək üçün deyilən bir cümləni bu gün bütün dünyaya şamil etmək olar. O cümlədə deyilirdi: başını imperator əsasının cızdığı səviyyədən yuxarı qaldıran hər kəsin aqibəti dəhşət və fəlakət olurdu. Bu “imperator əsası” bu gün dünya səviyyəsində idarə olunur. Məsələn, İraqda Səddam Hüseyn başını qaldırdı, boğazından asdılar, Qəddafi BMT-nin tribunasından nizamnaməni cırdı tulladı, tikə-tikə doğradılar. Türkiyəni götürün, ərazisi, əhalisi, qüdrəti də bizdən çoxdur.  İranın özü… Bizim məmləkətimiz tarixən böyük olsa da, bu gün ərazimiz, əhalimiz şərq ölkələri və qonşularımızla müqayisədə kiçik bir dövlətdir. Amma burda bir sabitlik var, tam müstəqilliyi var, heç kimin boyunduruğu altına girməyən bir dövlət var, dövlət rəhbəri var. Və O, böyük güclərin təzyiqlərinə dirəniş gətirir. Lakin bu Qarabağ problemini boğazımıza tıxıyıb bizi boğmaq istəyirlər. Amma biz dayanırıq. Bizə xaricdən olan təzyiqlər budur və biz bunun qarşısında dik dura bilirik. Hazırkı durumun fəlsəfəsi bundan ibarətdir. Sabitlik, müstəqilliyimiz bizim varımız-dövlətimizdir. Biz bu sabitlik və müstəqilliyə özümüzün şəxsi həyatımız kimi baxmalıyıq. Bizi vətəndaş müharibəsinə sürükləyib Suriyadakı vəziyyəti bizə sirayət etmək istəyirlər. Xaricdə oturub Azərbaycanı təhqir edənlər, daxildə hakimiyyətə düşmən münasibəti göstərənlər qoy qulaqlarını açıb eşitsinlər. Bu gün atılan addımlar, aparılan səbrli, balanslı siyasət Azərbaycanı regionda qüdrətli dövlətə çevirib, dünya dövlətləri sırasında artıq dura bilmişik, müstəqilliyimizin olması, artıq iqtisadiyyatımızı, hərbi gücümüzü reallaşdırıb. Bu gün bizdə düşüncə, bir-birini başa düşmə, sivil iqtidar-müxalifət münasibətlərini formalaşdırmağa ehtiyac var. 



 



- İqtidar-müxalifət probleminə toxundunuz. İqtidarın yuxarıdan apardığı islahatlardan sonra sanki iqtidar-müxalifət münasibətlərində müsbətə doğru dəyişim baş verdi. Bu iki cəbhə arasında görünən pozitiv münasibətləri, irəliyə doğru addım hesab etmək olar, yoxsa kosmetik görüntülərdir?



 



- Bunu söyləməyə bir qədər tərəddüdlə yanaşıram. Çünki bu, bəlkə də çoxlarının xətrinə dəyə bilər. Bilirsiz, biri var öldürəsən, biri də var ki, yaralayıb buraxasan. Bu gün yaralı buraxılmış kifayət qədər qüvvələr var. Onlar zahirən özlərini mələk libası geyinmiş insanlar kimi aparırlar, əslində isə intiqam, qisas almaq üçün məqam güdürlər. Bu gün hakimiyyət uğrunda vuruşan müxalifətdən çox, belə müəmmalı qüvvələr qorxuludur. Onlar istənilən məqamda istənilən addımı atmağa hazır olan adamlardırlar. Bax bunlara imkan vermək olmaz.



 



“Onlar nəfsinə sahib olmağı bacaran insanlardır, yoxsa nəfsi ağlına bələdçilik edəcək”



 



- Ölkə ictimaiyyəti fevralın ilk həftəsində maraqlı seçki prosesinin şahidi oldu. Nəticələr hələ də, namizədlər və seçicilər tərəfindən mübahisələnir. Siz də qalib namizədsiniz. Yeni parlamenti aparılan islahatların uğurlu davamı saya bilərikmi? Sizcə islahatların uğurlu alınması üçün tələb olunan məsələlər öz yerini ala bilirmi?



 



- İslahat bir eksprimentdir. Bu baş tuta da bilər, tutmaya da bilər. Bəribaşdan kim desə ki, bu 100 faiz uğurlu nəticə verəcək, yaxud heç bir nəticə olmayacaq, hər ikisi də yanlış yanaşma olar. Burda səbrli, təmkinli münasibət sərgiləmək lazımdır. İndidən münəccimlik etmək olmaz. Ola bilər ki, parlament nəzərdə tutulan məqsədi ödəsin, yaxud ola bilər ki, yarımçıq ödəsin, yaxud da ödəməsin. Bunu gələcək göstərəcək. Biz bilmirik axı ora kimlər seçilib, potensialı nədir, qüvvəsi nədir, həyata, dövlətə baxışı nədir. Onlar nəfsinə sahib olmağı bacaran insanlardır, yoxsa nəfsi ağlına bələdçilik edəcək. Amma bütün hallarda bu islahat həyatın tələbi idi və bu da aparıldı.



 



- Fəzail müəllim, bu seçkini qazanmış namizəd olaraq, 4 dəfə deputat mandatı alan siyasətçi kimi istərdim gənc namizədlərin, rəqiblərinizin, həmkarlarınızın bu proseslərdə özlərini necə ifadə edə bilməsinə toxunasız. İstərdim bir qiymətləndirmə aparasız, bu seçkinin ötən illərdəki seçkilərdən fərqi nədə idi?



 



- Deyərdim ki, bu dəfə seçkidə baş verən hadisələr, səbəblər nəticəyə kifayət qədər ciddi təsir etdi. Birincisi, parlamentin gəncləşməsi haqqında bir düşüncə cərəyan etdi. Və belə bir fikir yarandı ki, parlament ancaq gənclərdən ibarət olmalıdır. Söhbət dövlət siyasətindən və burda hansısa bir düsturdan getmir, söhbət ümumi fikirdən gedir. Belə bir şəraitdə gənclərin hamısının içində bir istək yarandı ki, parlament gəncləşirsə, mən də qatılım. Beləliklə, kifayət qədər təcrübəsi olmayan, hətta öz ailəsinə xeyir verə bilməyən gənclər belə dövlətin siyasətini aparan parlamentə üzv olmaq istədilər. Nəticədə say etibarilə namizədlər çoxaldı. Bu çoxalmanın özü seçki prosesinə ciddi təsir etdi. Lakin bir seçki əxlaqı da var. Hər bir namizəd digərindən daha ağıllı görünmək və seçicini ələ almaq üçün onun düşüncələri, təbliğatı, təbliğatındakı məntiq həlledici rol oynamalıdır. Mən də o publika ilə görüşürəm, tutaq ki, mənim opponentlərim də görüşürlər.  Seçici özü müəyyən etməlidir ki, Fəzil İbrahimli daha ağıllıdır, savadlıdır, düzgün danışır, yalan danışmır, yaxud həmin dairə üzrə namizəd olan digər 11 nəfər. Seçici də buna uyğun səs verməlidir. Ya səs verməyə getməlidir, ya da deməlidir ki, “hamınız bir bezin qırağısız, seçkidə iştirak etmirəm”. Bizdə Türkiyədə olduğu kimi elə bir qanun yoxdur ki, getməyənlər cərimə olunsun. Məsələn, bəzi namizədlər var ki, onlar hər seçkidə qəsəbənin başına oyun açırlar. Həmin adamlar bu dəfə də təbliğatımı pozmaq üçün nə gəldi etdilər. Solaxay suallar verdilər, ağsaqqalları yoldan çıxardılar, qarasaqqallara pul verib müxtəlif oyunlar çıxartdılar. Bax bu, siyasi əxlaqsızlıqdır. Axı o namizəd öz çəkisini ortaya qoymalıdır və deməlidir ki, bax mən bu keyfiyyətlərimə görə Fəzail müəllimdən üstünəm. Seçki prosesində gedən həmin şoular – bir-birinin üstünə çummalar, qaçmalar, qovmalar, qışqırmalar hamısı bunun nəticəsi idi. Əxlaqlı, düşüncəli siyasət aparan zaman belə şeylər baş verməməlidir. İkincisi, seçicinin nə ixtiyarı var ki, namizədlik satatusu olan şəxsi təhqir eləsin. Üstünə qışqırsın. Bu da seçki prosesinə əxlaqsız bir məqam gətirdi. Sənin bir dənə vəzifən var, əgər görürsən ki, deputatlığa yaramır, get əleyhinə səs ver, “nəfəsini kəs” at qutuya. Qışqırmaq, haray salmaqla, mənə elə gəlir ki, heç nəyə nail olmaq olmaz. Tutaq ki, sənin işığın yoxdur, qazın yoxdur, suyun yoxdursa, bunu deputata deyə bilərsən. Amma sən cani kimi onun yaxasından tutub qışqıra bilmərsən. Az qala adamları bir-birinə qarşı qoyub vətəndaş qarşıdurması səviyyəsinə çatdırdılar. Namizəd öz səlahiyyətlərindən kənar iş görərsə, digər namizədə qarşı təhqiramiz münasibət bəsliyərsə onun namizədliyi geri götürülməlidir və belə bir qanunun olmasına çox böyük ehtiyac var. Mənə elə gəlir ki, bu məsələ ətrafında ciddi düşünülməlidir. Əgər parlamentə düşsəm bu məsələni gündəmə gətirəcəm. Sivil seçki prosesini formalaşdırmalıyıq. Dövlətimiz çox böyük demokratik addım atdı. Hər kəsə seçkidə tam azad iştirak etmək imkanı verildi. Amma bundan anarxiya yaradanlar oldu. Seçki zamanı vətəndaş gəlib qaydaları pozursa, qutuya əlavə bülliten atırsa, digərinin hüquqlarına toxunursa, bunun videoları varsa və bu aidiyyatı orqana təqdim olunursa məqbuldur. Amma görüş zamanı həyasızlıq etmək, əxlaqsızlıq etmək kiminsə üstündə cummaq olmaz. Bunu kim opponentinə qarşı belə əxlaqa, vicdana yaraşmayan hərəkət edibsə, digərini gözdən salmaq üçün kampaniya aparıbsa hamısına şamil edirəm. Qüsur və nöqsanlarımız var. Ən əsası isə namizədlərin qarşısında böyük tələb qoyulmalıdır ki, onlar məsuliyyət hiss etsinlər. Parlamentdə olub hansısa ölkədə Azərbaycan adınmdan çıxış etmək istəyən adamın əxlaqı dürüst olmalıdır. Yoxsa başına 3-4 adamı yığıb adamı şərləməklə gəlib parlamentə düşmək istəyirsə bu heç kəsə xeyir gətirməz. Bax bu məsələ kifayət qədər ciddi məsələdir və bununla bağlı qanuna ehtiyac var. Hər bir opponent bilməlidir ki, digər opponentin şəxsiyyətinə toxunmaq, təbliğatına mane olan addımlar atmağa ixtiyarı yoxdur. Çox yazıqlar olsun ki, kifayət qədər əxlaqsızlıqla məşğul olan namizədlər var idi və bunların namizədliyi axıra qədər gedib çatmamalı idi.



 



- Dediniz ki, “əgər parlamentə seçilsəm”, buna şübhəniz var, Fəzail müəllim?



 



- Konstitusiya Məhkəməsinin qərarı qəbul edilib, mandatı əlimə alandan sonra mən deyə bilərəm ki, parlamentin üzvüyəm. Proses, yoxlamalar gedir. Məni təqdim etməyə ehtiyac yoxdur. Təkcə bir məntəqədə mənə 404 adam səs verib. Bu respublikada ən böyük göstəricilərdən biridir. Yaxşı bilirlər ki, heç vaxt yalan danışmıram, qəbula gələn heç kəsi 10 dəqiqə qapıda gözlətməmişəm.  Səlahiyyətlərim daxilində bütün işləri gördüyüm üçün o mənə kömək oldu və seçicilər məni dəstəklədi. Güman edirəm ki, mən seçicilərimə qarşı bir daha sayqılı olmalıyam.



 



Xarici təsirlərin, xüsusilə Rusiyanın Azərbaycana təsirləri barədə fikirlər var. Hətta belə bir məlumat yayılıb ki, Rusiya LDP sədri Jirinovski bildirib ki, Gürcüstan, Ermənistan və Ukraynadan fərqli olaraq Milli Məclisə qərbyönlü müxalifətin düşməsinə imkan verməyiblər. Proses Rusiyanın nəzarətindədir. Bu barədə nələri söyləyə bilərsiz?



 



- Jirinovski istənilən vaxt, istənilən fikri söyləyə bilir.  Yəni bu gün bir sözü deyirsə, çox asanlıqla sabah onu başqa cür də deyir. Jirinovski çox şişirdilir. İndi Jirinovski kimdir ki, mənim dövlətimin, xalqımın taleyi ilə bağlı fikir söyləyir. Bunu qoyaq kənara. Azərbaycan heç bir xarici ölkənin ölkəmizə barmaq uzatmasına imkan vermir. Məni ən çox qane edən də budur.



 



- Fəzail müəllim, Münhen konfransında erməni baş nazirlə Azərbaycan Prezidentinin debatı ətrafında müzakirələr gedir. Sizcə bu debat regionda Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı prosesin hansı mərhələdə inkişafına təkan verəcək. Çünki belə deyilir ki, dünya o debatda kimin haqlı olduğunu bir daha gördü.



 



- Birincisi, Paşinyanın özü bəstəboydur, elə düşüncələri də bəstəboy oldu.  Paşinyan Prezidentlə debatda çox çətin duruma düşdü. Yalan ayaq tutar, yeriməz. Birinci işğalçıdır, ikincisi isə o, arqumentləri, düşüncələri üzrə çox ciddi məğlub oldu. Prezidentin debatdakı çıxışı dünyaya bir mesaj idi. Azərbaycan üzərindən dövlət qurmaq istəyənlərə, Azərbaycanı nə vaxtsa təsir altına salmaq istəyi ilə yaşayanlara böyük bir mesaj idi.  Güman edirəm ki, erməni xalqı da nəticə çıxaracaq.



İkincisi, bu dünya ictimaiyyətinin gözü kor, qulağı kardır. Ölkəmizə qarşı törədilən cinayətlər, 20 faiz torpaqların işğalı, Dağlıq Qarabağ məsələsi dünyanın və onun səfirlərinin gözü qarşısında baş verir. Və bu gün oğru gəlib, doğru ilə danışır. Bunun özü məqbul deyil. Oğru cəzalanmalıdır, dövlətinə sanksiya verilməlidir. Səddam Hüseyn Küveyti işğal edəndən 2 saat sonra çökdülər sinəsinə və yerlə yeksan elədilər. Amma ermənilər 30 ildir Azərbaycan torpaqlarını işğal edib, Xocalı soyqırımını törədib, ona qarşı heç bir sanksiya yoxdur. Ona görə də bu gün “dünya ictimaiyyəti” ifadəsi mənim üçün məqbul görünmür. Çünki güc, beynəlxalq hüququn quyruğunda sürünür. BMT nüfuzunu itirmiş bir təşkilata, ATƏT-in Minsk qrupu bir turist təşkilatına çevrilib. Fikir verin, Rusiya, Amerika və Fransa Minsk qrupunun həmsədrləridir. Burda Rusiya ilə Amerika dünyada münasibətləri o səviyyədə gərginləşdirdilər ki, dünyada iqtisadi böhran baş verdi. O zaman adamdan soruşarlar ki, siz öz münasibətlərinizi qaydaya qoya bilmirsinizsə, savaşırsınızsa, necə birdən-birə qardaş olub Dağlıq Qarabağ məsələsinin həllinə rəvac verəcəksiniz. Yanlışdır. Bir-biri ilə dalaşan ağsaqqallara deyirik ki, gəlin bizim problemi həll edin.  Bunlar sadəcə olaraq Azərbaycanı təzyiq altında saxlamaq, müstəqilliyimizə qarşı yönələn addımdır. Sovet hökuməti 23-cü ildə Dağlıq Qarabağı yaratmaqla bugünki işlərə rəvac verdi. Dağlıq Qarabağ kimin əlindədirsə, Azərbaycana təzyiq etmək üçün vasitə də onun əlindədir. Amerika istəyir ki, “demokratiya” ilə özünü gözə soxsun, bu yolla da təzyiq eləsin. Fransa centilimen dövlətdir “bonjur, bonjur” deyə-deyə dünyada özü üçün həyat sürür. Dünya siyasətinə müdaxilə etmək imkanı yoxdur. Amerikanın böyük Qafqaz istəyi var. Rusiya isə Dağlıq Qarabağı Demokl qılıncı kimi başımızın üstündən asıb. O ki qaldı Paşinyana, o Ermənistan üçün müvəqqəti bir adamdır. Ermənistan özəlləşmiş bir respublikadır. Onun iqtisadiyyatı da siyasəti də məlum dövlətin əlindədir. Avropadakı erməni lobbisi bunun qılçından tutub Avropaya dartır ki, “sən müstəqil ol, Rusiyadan qurtar”, bir ayağı da Rusiyanın əlindədir. Qılçaları haçan qırılacaq bəlli deyil.



Bizim bir nömrəli vəzifəmiz bir həqiqəti dərk etməkdir. 200 ildən artıq xiristian ağuşuna sığınan, orada özünə qala quran erməni düşmənlərimiz o qaladan başımıza bomba güllə yağdıraraq, ən yaxşılarımızı sıradan çıxarıb. 12 aylıq təqvimimizin 11 ayında faciə yaşayırıq. 20 yanvardan başlanan erməni terroru, 20 noyabrda təyyarə qəzası ilə acı tarixə yazılıb. Yalnız Azərbaycanda namuslu və vicdanlı adamlar birləşəcəyi halda biz o “qalanı” ala biləcəyik. /Üç nöqtə/


Teqlər:
Bu xəbər cəmi 1250 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR