Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

"Saxtakarlığı həyat kredosu seçən, təhsil sistemini 30-40 min saxta diplomla elə 30-40 il geri salan biri..."


Dünəndən sükut içində baxıram. Real TV-dən getməyimizi manşetə daşıyanlar, bununla da gündəmi dəyişməyə çalışanlar kaş mənim namizəd olduğum 117 saylı Oğuz-Qəbələ seçki dairəsinin ləğvi məsələsini də belə həvəslə gündəmə gətirəydilər. Amma etmirlər! Maraqlıdır, Prezidentə etdiyim müraciəti əsas xəbər saytları görməzdən gəldi. Ölkənin ictimai-siyasi həyatına nüfuz edən ayrı-ayrı şəxslər - hansı ki, sosial şəbəkədəki statusları ilə çox ciddi təsir imkanlarına malikdirlər -onlar da bu dairəni dilə gətirmək istəmirlər.


 


Bunu deputatlığa namizəd, Əməkdar jurnalist Ləman Ələşrəfqızı deyib.


 


O, deyib ki, sabah 117 saylı dairənin qərarından şikayətini MSK-ya ünvanlayacaq.


 


“Artıq sənədlərimi hazırlayıram. MSK nə deyəcək? O da susacaq? Axı o videoların içində mənim səlahiyyətli nümayəndəmə təsir göstərən ayrı-ayrı vəzifə sahiblərinin adı keçir?! Onlar mənim halal səslərimi Naxçıvanlının xeyrinə saxtalaşdırıblar.. Bir məntəqədə 301 səsi 185-ə endiriblər! O zaman necə olur ki, Əlinin, vəlinin, pirvəlinin dairəsi ləğv olunur, bu olunmur? Məhz bu cür deputatlar. yarıtmaz icra məmurları ucbatından əhali ilə dövlət arasında nə boyda bir uçurum var, fərqindəsizmi? Şəxsən mən o uçurumu təşviqatım dönəmində aradan qaldıra bildim. Ən radikal seçicim ən sonunda mənə könüllü müşahidəçi durdu, çıxışlarımı alqışladı, dövlətimi, Prezidentimi alqışladı. Nəticəsi? Nəticəsi 10 il o deputat kürsüsündə oturan, saxtakarlığı həyat kredosu seçən, Azərbaycanın təhsil sistemini 30-40 min saxta diplomla elə 30-40 il geri salan biri saxta seçkilərlə də sənin halal haqqına girdi. Hamı da susub durur. Çünki, bunlar bərk qozdular, sındırmaq müşkül məsələdir. Bəs mənim seçicilərimin sındırılan iradəsi? Bəs bu dövlətlə vətəndaş arasına girən çürümüş ideologiya daşıyıcıları? Niyə təzyiqlə, təsirlə birini ləğv edirsiz, o birini yox? Necə anlayaq bunu, necə başa düşək?P.S. statusuma köhnə iş yerimlə bağlı təhqir yazanı dostluqdan çıxaracam. Xahiş edirəm əsas diqqət seçki olsun”-deyə, L. Ələşrəfqızı sözlərinə əlavə edib.

Teqlər:
Bu xəbər cəmi 1575 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR