Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 74 saylı Lənkəran kənd seçki dairəsindən deputatlığa namizədlər Bəşirov Rəvan və Əzizxan Əzizovun müraciətinə baxılıb.
İclasda həmin dairənin 27 seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib. Nəticələrə görə, sözügedən dairənin qalibi Hadi Rəcəblinin qələbəsi etibarsız hesab olunub.
Məsələ ilə Azxeber.com Hadi Rəcəbli ilə əlaqə saxlayıb.
Keçmiş deputat müxbirin sualına məhəl qoymadan yanındakı şəxsə “Qurtardı” deyərək dəstəyi asıb. Ona verilən sualları cavabsız qoyan Hadi Rəcəbli daha sonra telefonunu söndürüb.