Türkiyənin Van-Bahçesaray magistralında qar uçqununda ölənlərin sayı artıb.
“Sondakika.com”un xəbərinə görə, uçqunda həlak olanların sayı artaraq 38 nəfərə çatıb.
Ölən vətəndaşların arasında Səadət Partiyasının İpekyolu rayonunun rəhbəri Mehmet Emin Kurt da olub.
Qeyd edək ki, qar uçqunu altında qalanların xilası zamanı daha əvvəl 33 nəfərin öldüyü, 53 nəfərin yaralandığı bildirilmişdi.
Xatırladaq ki, qar uçqunu nəticəsində qarın altında qalan mikroavtobusdakı insanların xilas edilməsi zamanı yenidən faciə baş vermiş və ölü sayı artmışdı.