Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Həkimlərin öldürdüyü Münəvvər Kələntərli - Faktlar

Həkimlərin öldürdüyü Münəvvər Kələntərli - Faktlar
Əməkdar artist, böyük aktrisa Münəvvər Kələntərlinin anım günüdür...


PİA.az "Kulis.az"a istinadən aktrisa haqqında maraqlı faktları təqdim edir.



Münəvvər Kələntərli 1912-ci ildə Lənkəranda çoxuşaqlı ailədə anadan olub. Kiçik qardaşı Cabbar ikinci dünya müharibəsindən geri qayıtmayıb. Aktrisa uzun illər qardaşının sağ olması ehtimalı ilə yaşayıb. 17 yaşında Bakıya gəlib. Böyük qardaşı Haşım Kələntərli Bakıya gələndən sonra bacısı Münəvvəri də öz yanına gətirib. Haşım Kələntərli həm el mahnılarının, həm də muğamların mahir ifaçısı olub. O, bacısı Münəvvərlə 30-cu illərdə Azərbaycan radiosunun efirində səslənən bir çox konsert proqramında iştirak edir.



Dayıları Yavər Kələntərli onların istedadlarının fərqində olub və xüsusən Münəvvərə oxuması üçün icazə verib. Bu səbəbdən də Münəvvərin səhnəyə çıxması ilə bağlı ailədə heç vaxt söz-söhbət olmayıb”.



1933-cü ildən səhnə fəaliyyətinə başlayıb. O, əvvəlcə Opera Teatrında, sonra isə Musiqili Komediya Teatrında fəaliyyətə başlayıb. Müxtəlif rollar yaradan Münəvvər xanım çalışdığı teatrların ən aparıcı aktrisasına çevrilib. "O olmasın, bu olsun", "Gözün aydın", "Qızılaxtaranlar", "Ulduz" tamaşalarında aparıcı obrazlarla çıxış edib. 1941-1945-ci illər müharibəsi zamanı digər sənət adamları ilə birgə səngərlərə, hospitallara gedib.



Münəvvər Kələntərli 1953-cü ildə "Vətən" kinoteatrına direktor müavini təyin olunub. Bundan sonra teatrdan çıxıb, ancaq filmlərə çəkilib. “Arşın mal alan”, "Bəxtiyar”, "Görüş”, "Qızmar günəş altında”, "O olmasın, bu olsun” kimi maraqlı filmlərə çəkilən aktrisa kinostudiyada ən rahat aktrisalardan sayılıb. Həmişə bir dubla çəkilib. Ona görə də Adil İsgəndərov deyərmiş ki, "Mina, bu camaat, çəkliş qrupu ən çox səninlə istirahət edir".



Aktrisa 25 yaşında Ənvər adlı ləzgi əsilli şəxs ilə ailə qurur. Bu evlilikdən onların Validə adlı qızları doğulur. Lakin, bu izdivacın ömrü uzun olmur. Onların ayrılmasına səbəb isə həyat yoldaşının Bakıda yox, Qusarda yaşamaq istəyi olur. Aktrisa isə "Mən sənətimi atıb, heç yerə gedə bilmərəm", deyib qızı ilə birgə Bakıda qalır. Deyilənə görə çox yaxşı insan hesab olunan Ənvər Münəvvərin səhnələrdə çıxış etməsini istəmədiyinə görə başını götürüb gedir.



Münəvvər həyat yoldaşından ayrılandan sonra ikinci dəfə heç kimlə ailə həyatı qurmur. Həmişə "mənim ərim də var, qızım da” deyir. Hüquqşünas olan qızı Validənin şəkəri yüksək olduğu üçün doğuş vaxtı uşağı tələf olur. Bundan sonra Validə həyat yoldaşından ayılır. O, da anası kimi bir daha ailə qurmur və anası ilə eyni yaşda - ömrünün 51-ci ilində şəkər xəstəliyindən dünyasını dəyişir. Anasının yanında dəfn olur.



Deyilənə görə aktrisanın digər bacı və qardaşları da qırx, əlli yaşdan çox yaşamayıblar. Şəkər xəstəliyi isə onların nəslində irsi olub. Dünyasını dəyişən digər bacı və bacı qardaşlarının ailəsinə özü baxıb.



Münəvvər Kələntərliyə yaxınları, dostları Mina deyə müraciət ediblər. Şövkət Ələkbərova, Nəcibə Məlikova, Gülxar Həsənova, Rübabə Muradova ilə sıx rəfiqəlik edib. Münəvvər xanım yaxşı “biş-düş” edirmiş. Ona görə də qastrol səfərlərindən qayıdanda hamı onun başına yığışarmış. Aktrisa sonralar Nəsibə Zeynalova ilə dostluq edib. Nəsibə xanım hər zaman Münəvvər Kələntərlini öz müəlliməsi adlandırıb.



"O olmasın, bu olsun" filmindəki məşhur epizodda, gəlinin yengəsini ifa edən aktrisa qapı açılan zaman həqiqətən də yerə yıxılır və barmağı sınır. Buna baxmayaraq işinə davam edir. Həmin səhnə çəkilən zaman aktrisa əslində ağrıdan ağlayır.



Münəvvər bütün kinolarda öz paltarlarında çəkilib. Hətta "Arşın mal alan”ın birinci variantı çəkilən zaman o, Lənkərandan çoxlu pal-paltar gətirib, aktyorları geyindirib.



"Kino sənətin Üzeyir Hacıbəyovun "Arşın mal alan" filmindəki Xala roluyla başlayıb. Bu filmin çəkilməsi o zaman bütün Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edirdi. "Arşın mal alan"ın çəkilişlərinə ermənilərin Üzeyir bəyin bu məşhur əsərini mənimsəməyə cəhd etdikləri bir vaxtda Stalinin icazəsiylə başlanır. Filmdə rol alan aktyorların əksəriyyəti əsərin müəllifinin seçimiydi. Xala obrazına təsdiq edilən filmə çəkiləndə Münəvvər Kələntərlinin 31 yaşı olub. Amma xala rolunu canlandırıb. Ətli-canlı biri olduğu üçün onu seçiblər. Çəkisi ilə bağlı heç zaman kompleksi olmayıb. Bu roluna görə SSRİ dövlət mükafatına layiq görülür. 28 yaşında əməkdar artist adına layiq görülür.



Dava-dalaş sevən adam olmayıb, amma bir dəfə dünyasını dəyişmiş bacısının qızına görə qonşu ilə dalaşıb. Bacısının qızı qonşuda bişən kabab iyindən şişib xəstələnir, yatağa düşür. Münəvvər xanıma bu hadisə çox pis təsir edir və bacısının qonuşusu ilə dalaşır.



Bacısı qızı Nanə Kələntərli müsahibələrinin birində bu haqda deyir: “Minanın kor bağırsağı ağrıyırdı. Çəkiliş olmalı idi. Həmin vaxt ağrısının tutacağından çəkinib əməliyyata girdi. Təəssüf ki, əməliyyatdan 2 gün sonra dünyasını dəyişir. O zaman Mina deputatlığa namizədliyini irəli sürmüşdü. Nəticənin qəzetdə çıxmasını gözləyirdi. Namizədlikdən keçmişdi, amma biz qəzeti gətirəndə əməliyyata görə artıq başı yaxşı işləmirdi, hallüsinasiyalar görürdü".



Aktrisanı əməliyyat edən həkim böyük səhvə yol verib, əməliyyat düzgün aparılmayıb. Korbağırsaq kəsiləndən sonra düzgün tikilməyib, eyni zamanda digər sağlam böyrək də zədələnib. 1963-cü il fevralın 5-də 51 yaşında dünyasını dəyişib.



pia.az


Teqlər:
Bu xəbər cəmi 880 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR