Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Gəncədə YAP-ın namizədinin seçki kampaniyası boykot edilir

Gəncədə YAP-ın namizədinin seçki kampaniyası boykot edilir
Gəncə seçiciləri məcburən YAP-ın namizədini boykot edəcək və öz səslərini Pərvin Kazımzadənin əleyhinə verəcəklər. Bunun tək səbəbi isə Yeni Azərbaycan Partiyasının Prezidentin tövsiyyə və tapşırıqlarına rəğmən düzgün seçim edə bilməməsi göstərilir...


Gəncədə 37 saylı Nizami I seçki dairəsinin hakim Yeni Azərbaycan Partiyasının namizədi Pərvin Kazımzadəyə qarşı etiraz dalğası böyüməkdədir. Bu barədə Gəncədən PİA.az-a daxil olan məlumatda bildirilir.



Növbədənkənar parlament seçkiləri ilə bağlı həyata keçirilən marafon sona çatmaq üzrədir. Artıq iki gündən sonra seçki marafonu yekunlaşacaq və xalqımız seçki qutularına gedərək öz iradəsini ifadə edəcək. Açıq deyək ki, əhalinin bu seçkilərə olan inam və etimadı digər seçkilərə nisbətən daha yüksəkdir və bu günə qədər həyata keçirilən seçki kampaniyalarında ciddi qanun pozuntuları da diqqəti cəlb etmir. Bu üzdən də bu seçkilərin daha ədalətli və demokrtaik mühitdə yekunlaşaması ilə bağlı insanlarımızda ümid böyükdür. Ən əsası isə Azərbaycan vətəndaşları öz iradələrini açıq şəkildə reallaşdıra biləcəklərinə inanırlar. Buna görə də bu gün Azərbaycanın bütün bölgələrində seçki aktivliyi müşahidə olunmaqdadır.



Bəzi namizədlərə, xüsusən də keçmişdə deputat olub, xalqın heç bir problemi ilə maraqlanmayan namizədlərə qarşı seçicilərin etirazları da müşahidə olunmaqdadır. Belə etirazlardan biri də Gəncədə 37 saylı Nizami I seçki dairəsinin hakim Yeni Azərbaycan Partiyasının namizədi Pərvin Kazımzadəyə qarşı yaşanmaqdadır.



37 saylı Nizami seçki dairəsinin bir qrup seçicisinin PİA.az-a ünvanladığı müraciətdə bildirilir ki, Gəncədə Pərvin Kazımzadənin hakim partiyadan namizəd olmasına qarşı böyük etiraz var. Seçicilər Pərvin xanımın hakim partiyanın namizədi olmasını önə çəkərək hesab edirlər ki, 37 saylı dairədə seçicilərin iradəsi nəzərə alınmaya bilər. Daxil olan müraciətdə vurğulanır ki, hazırda istər Gəncə şəhər İcra Hakimiyyətinin, istərsə də Gəncənin Nizami rayonunun İcra Hakimiyyətinin resursları Pərvin Kazımzadə üçün səfərbər olunur. Bu isə seçkinin nəticələrinin Pərvin Kazımzadənin xeyrinə saxtalaşdırıla biləcəyi barədə şübhələri artırır.



Bildirlir ki, ümumilkdə Pərvin Kazımzadənin seçki kampaniyası seçicilər tərəfindən boykot olunsa da xanım deputatın görüşlərinə insanlar adminstrativ qaydada aparılır.



Bəs gəncəlilər daha əvvəl onların iradəsini ölkə parlamentində təmsil edən Pərvin xanımdan niyə narazıdırlar?



Hakim partiyanın namizədinin Gəncədə boykot edilməsinin bir çox səbəbləri var. Onlardan birincisi 2015-ci ildə deputat olduqdan sonra Pərvin Kazımzadənin öz seçicilərinin problemləri ilə heç maraqlanmamasıdır. Qeyd edək ki, Pərvin Kazımzadə 4 illik deputat fəaliyyəti dönəmində heç bir fəaliyyəti ilə diqqəti cəlb etməyib. Onu Gəncədəki seçiciləri tanımadığı kimi, ölkə ictimaiyyəti də, hətta parlament müxbirləri belə tanımır. Etiraf etməliyik ki, bir siyasətçini ölkə ictimaiyyəti, hətta öz seçiciləri belə tanımırsa, onda həmin “siyasətçi”nin parlamentə necə düşməsi təbii suallar yaradır və seçkinin saxtalaşdırılması ilə bağlı şübhələri də gücləndirən əsas faktora çevrilir. Yəni heç kimin tanımadığı biri necə Milli Məclisin deputatı ola bilib?



Elə Gəncə seçiciləri də bu narahatlığı daşıyırlar. Ölkədə islahatların aparıldığı və hər kəsin gələcəyə daha ümidli olduğu, köhnə stereotiplərdən qurtulmağı gözlədiyi indiki seçki prossesində yenə də Pərvin Kazımzadə kimi heç kəsin tanımadığı “lal” şəxslərin deputat kürsüsünə otuzdurulması islahatlara olan inamı da “qayçılaya” bilər. PİA.az-a daxil olan müraciətdə o da vurğulanır ki, Pərvin Kazımzadənin dünənə qədər ortalarda olmamsı və bunun müqabilində indi yenidən YAP adından seçicilərdən səs istəməsi sadəcə komikdir. Müraciətdə həmçinin YAP-ın məhz Pərvin Kazımzadənin namizədliyinin irəli sürməsindən təəssüf hissi keçirdikləri bildirilir. Hakim partiyanın bu kimi namizədlərlə Prezidentin apardığı islahatlara töhvə vermədiyi qeyd olunur.



Sonda bildirilir ki, onlar seçici olaraq məcburən YAP-ın namizədini boykot edəcək və öz səslərini Pərvin Kazımzadənin əleyhinə verəcəklər. Bunun tək səbəbi isə Yeni Azərbaycan Partiyasının prezidentin tövsiyyə və tapşırıqlarına rəğmən düzgün seçim edə bilməməsi göstərilir.



pia.az


Teqlər:
Bu xəbər cəmi 1095 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR