Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Lift idarəsində milyonluq yeyinti – Sabiq rəis məhkəmədə nələri dedi?

Lift idarəsində milyonluq yeyinti – Sabiq rəis məhkəmədə nələri dedi?


Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan «Bakı Lift Təmir-2» İstehsalat Birliyinin sabiq rəisi Ruslan Dilanov külli miqdarda yeyintidə suçlanır. İddia olunur ki, Bakıda liftlərin təmirindən ötrü ayrılmış vəsaitlərin 1 milyon manata yaxını mənimsənilib. R.Dilanov da buna görə həbs olunub.



Ancaq o, özünü təqsirli bilmir. Deyir ki, ittihamda yazılanlar yalandır, onu nahaqdan həbs ediblər.



«Ayrılan vəsaitlər qəpiyinə qədər xərclənib. Smetadan kənar xərc olmayıb. Bizim idarəyə büdcədən vəsaitlər bank vasitəsilə köçürülürdü. Dövlətdən 985 min manat pul almışam. Bu pulun da 270 min manatını vergiyə ödəmişəm. Necə olur, mənə verilən 985 mini sayırlar, amma o puldan sosial müdafiəyə, müxtəlif növ vergilərə, işçilərin maaşına gedənləri çıxmırlar? Halbuki, bütün bu xərclər 985 min manatdan çıxılıb», – Dilanov yanvarın 29-da öz məhkəməsində ifadə verərkən deyib. 



Onun sözlərinə görə, vergi ödənişlərini təsdiqləyən sənədlər də var. R.Dilanovun vaxtilə rəhbərlik etdiyi idarə indi onun işində zərərçəkmiş qismində tanınıb. Bu qurumun təmsilçisi də məhkəmədə Dilanovdan onun mənimsədiyi iddia olunan pulu tələb edir. Hakimlərin sualına cavab verən nümayəndə deyib ki, idarəyə dəymiş ziyan ödənilməyib.



Dilanov da deyir ki, mənimsəmədiyi pulu ödəyə bilməz. Onun sözlərinə görə, liftlərin təmiri və quraşdırılmasında işləyən fəhlələrə ödənilən əməkhaqqı da nəzərə alınmayıb: «Fəhlələrə ödənilən pullar rəsmiləşdirilmirdi...»



İttihamda yazılıb ki, Bakıda binalarda 71 ədəd liftin yenidən quraşdırılması və əsaslı təmiri üçün 1 milyon 835 min manat vəsait ayrılıb. Bu vəsaitin təxminən yarısı mənimsənilib. Büdcə vəsaiti ilə alınan 426 min manatlıq material-avadanlıqların təyinatı üzrə istifadə olunmadığı, ticarətlə məşğul olan şəxslərə satıldığı iddia olunur. İttihamnaməyə görə, saxta sənədlər tərtib edilərək həmin materialların istifadə olunduğu rəsmiləşdirilib.



Cinayət işinin materiallarında yazılıb ki, R.Dilanov bu işləri tək görməyib, tabeliyində işləmiş şəxslərlə də əlbir olub. Amma o, məhkəmə önündə tək dayanıb. Ona qarşı CM-in 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.



Cinayət Məcəlləsində külli miqdarda mənimsəməyə görə 5 ildən 10 ilə qədər, vəzifə səlahiyyətlərindənsui-istifadəyə görə 3 ildən 7 ilə qədər, vəzifə saxtakarlığına görə isə 2 ilə qədər həbs cəzası nəzərdə tutulub. (Azadliq.org)


Teqlər:
Bu xəbər cəmi 890 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR