Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə Şamaxı rayonu Qonaqkənd kənd sakini Dünyamalıyev Mehti Allahverdi oğlu tərəfindən
Ərizə
Yazıb sizə bildirirəm ki, 5 fevral 2019 cu ildə Şamaxı rayonunda baş verən zəlzələ nəticəsində yaşayış evimin bir tərəfi tam uçmuş o biri bütün otaqlar çatlamisdir.Dəfələrlə müraciət etməyimə baxmayaraq nə Fövqəladə hallar nazirliyindən ,nə də Şamaxı rayon icra hakimiyyətindən bir cavab ala bilməmişəm.Lakin bir dəfə evə Mahal şirkəti tərəfindən baxış keçirilmiş,ancaq evimi bərpa edəcəyik demişdilər.Mən onlara evin desik damini ,sınıq döşəməsini gostərəndə o bizlik deyil, bizə o barədə göstəriş verilməyib dedilər.Mənə sərt vəziyyətdə cavab verib getdilər .Hörmətli cənab prezident evim qəzalı vəziyyətdədir.Hər an təhlükə var. Artıq bir ildir ki, evimdə olan əşyalar- mebel avadanlıqları yağisin altında siradan çıxmışdır. Sizdən xahis edirik ki, bu problemin həllində bizə köməklik göstərilməsi üçün əlaqədar qurumlara göstərişlərinizi verəsiniz.Sizə əvvəlcədən dərin hörmət və ehtiramla ailəmiz adından öz minnətdarlığımızı bildiririk.
Hörmətlə ,Şamaxı rayon Qonaqkənd kənd sakini
Mehti Dünyamalıyev.