Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

GENERALIN QIZI İLƏ SABİQ NAZİRİN OĞLU ÜZ-ÜZƏ: rəqiblər Yavər Camalovun oğlunu niyə hədəfə alıblar?

GENERALIN QIZI İLƏ SABİQ NAZİRİN OĞLU ÜZ-ÜZƏ: rəqiblər Yavər Camalovun oğlunu niyə hədəfə alıblar?


46 saylı Şirvan şəhər seçki dairəsindəki bəzi namizədlər YAP-ın namizədinin deyil, mərhum nazir Yavər Camalovun oğlu Rəşad Camalovun rəqibləri onun yolunu kəsmək üçün bütün güclərini səfərbər ediblər.



Bu barədə Şirvandan Mia.az-a daxil olan məlumata görə, namizəıdlərin əksəriyyəti əsas rəqib kimi sabiq naziirn  oğlunu görürlər.



Belə namizədlərdən birinin də ləğv edilmiş MTN-də uzun illər kadrlar idarəsinin rəisi olmuş, general Əlimusa Əliyevin qızı, BDU-nun müəllimi Əsmər Əliyevanın olduğu haqda xəbərlər sosial çəbəkələrdə yayılır.





ƏSMƏR ƏLİYEVA



Məlumata görə, Ə.Əliyeva bu dairədəki əsas rəqibinin DTX-nın hazırkı əməkdaşı Yavər Camalovun oğlu Rəşad Camalovun olduğunu düşünür. Elə bu səbəbdən, xanım Əliyeva seçki təbliğatına böyük pullar xərcləyir, demək olar ki, əksər media resurslarına reklamlar verir. Əlbəttə, bunun işə yarayıb-yaramayacağını fevralın 9-da biləcəyik.



Diqqətçəkən məqamlardan biri də budur ki, seçkinin ciddi mərhələ aldığı bir ərəfədə, Əsmər Əliyevin ailəsinə məxsus Qaxın İlisu kəndindəki "BERGS HOTEL AND RESTAURANT" istirahət mərkəzi haqda sosial şəbəkədə sənəd və xəbərlər yayılsa da, qısa zaman sonra onların hamısının silinmısi oldu. Görünür, sabiq çekistin qızı təkcə media resurslarına deyil, eyni zamanda, sosial şəbəkələrə qədər nüfuz etmək imkanlarına sahiblənib.



Digər diqqətçəkən məqam odur ki, bundan əvvəl Rəşad Camalovun biznesi və vətəndaşlığı haqqında sənədlər yayıldı. Lakin həmin sənədlər silinmədi, əksinə, qısa zamanda, əksər saytların manşetlərinə daşındı. Bu da sözsüz ki, seçkidəki qara texnolgiyanın işə salınması kimi yozula bilıər.  





RƏŞAD CAMALOV



Xatırladaq ki, 46 saylı Şirvan seçki dairəsindən YAP Şirvan şəhər Gənclər və İdman idarəsinin rəisi Azər Quliyevin namizədliyini irli sürüb. Lakin bu dairədən mərhum nazir Yavər Camalovun DTX əməkdaşı olan övladı Rəşad Camalovun da namizəd olması, rəqibləri üçün xoş olmayan sürpriz yaşadıb. Çünki camalovların bu şəhərdə ciddi nüfuzları və dayaqları var. 



Yada salaq ki, Rəşad Camalovun əmisi Mərdan Camalov (hazırda Zərdabın icra başçısıdır) uzun illər Şirvanda icra başçısı olub, o zaman digər namizədlərin kölgədə qalacağına şübhə edilmir.



Bu dairədə Rəşad Camalova ən ciddi rəqibinin isə, əslində, reklamlara böyük pulllar xərcləyən Əsmər Əliyevadan çox,  YAP-ın namizədi, Müsavatın namizədi Əlikram Xurşidov və ADP-çi Kamil İsayev və digərlərinin olduğunu demək mümkündür.


Teqlər:
Bu xəbər cəmi 1290 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR