Əli Həsənovun FETO ilə ortaqlığı ortaya cıxdı
Son vaxtlar mətbuatda müzakirə olunan məsələlər arasında Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi olmuş Əli Həsənovun adı Avropada yaşayan müxalifət nümayəndələri ilə işbirliyində və məmurlara qarşı qarayaxma kampaniyasının təşəbbüskarı olmasında adı tez-tez hallanır.
Keçmiş nazir Əli Nağıyevin, müstəqil jurnalist Əvəz Zeynallının, ADP sədri Sərdar Cəlaloğlunun da qeyd etdiyi kimi (düzdür sonra sözlərindən imtina etməyə calışsa da) Əli Həsənov, onun və Azərbaycan Prezidenti və onun ailəsinə qarşı həddən ziyadə tənqidi mövqeyi ilə seçilən qardaşı Qurban Məmmədovun fəaliyyətini həftəlik koordinasiya edirdi. Bunun nəticəsidir ki, 2019-cu ilin noyabr ayının 29-da Əli Həsənov Prezidentin sərəncamı ilə vəzifədən azad edilmişdir.
Onun fəaliyyətini araşdıran suveren.az, kanal13 və Prezident Administrasiyasının rəsmi orqanı olan «Respublika» qazeti Əli Həsənovun korrupsiya əməlləri və ölkə rəhbərliyinə ayrı-ayrı məsələlərilə bağlı yalan məlumatlar təqdim etdiyini yazdılar. Mətbuatın son günlər toxunduğu mövzulardan biri də Əli Həsənovun FETO ortaqlığıdır. Bir sıra saytlar Əli Həsənovun Xəzər TV-nin Azərbaycanda qurucusu Hüseyn Dinləməzdən aylıq böyük məbləğlərdə aldığı maliyyə vəsaitini acıqlayandan sonra, hər bir məsələyə dərhal reaksiya gecikdirməyən Əli Həsənov bu dəfə susdu. Bu hadisənin üzərindən cox keçməmiş Əli Həsənovun oğlu Şamxal Həsənov Xəzər TV-də tutduğu vəzifəsindən azad edildi.
Belə ki, 2014-cü ilin 28 yanvar tarixində ABŞ-dan Bakıya Fətullah Gülənin sözcüsü, hazırda Türkiyə hakimiyyətinə qarşı amansız mübarizə aparan Faruk Taban gəlir. Xəzər TV-nin binasında keçirilən görüşdə, o zaman Xəzər TV-nin rəhbəri olan Hüseyn Dinləməzə dəqiq mesaj verilir: «Kanal bizim yeni adama təhfil veriləcək». 2013-cü il dekabr ayında Türkiyədə bir sıra nazirə qarşı FETO tərəfindən həyata keçirilmiş kampaniyadan dərhal sonra Fətullah Gülənin sağ əlinin Azərbaycana gəlişi Təhlükəsizlik orqanlarının diqqətindən yayına bilməzdi. Əldə etdiyimiz məlumata görə, hava limanında özəl biznes keçiddən qarşılanma Əli Həsənov tərəfindən təşkil edilmişdir.
Hüseyn Dinləməz kanalı Əli Həsənovun oğlu, Qafqaz gimnaziyasının məzunu, Samanyolu TV ilə filmlərin cəkilişində yaxından əməkdaşlıq edən Şamxal Həsənova təhfil verir. Vitse-prezident vəzifəsi və Reklam müdiri vəzifəsinə isə Gökhan Özkundakçını təyin edirlər. Gökhan Özkundakçı Fətullah Gülənin Samanyolu TV-sinin reklam koordinatoru Mehmet Özkundakçının qardaşıdır.
Gökhan Özkundakçı reklam müdiri təyin edildikdən sonra kanal və radiolarda maliyyə axınlarını nəzarəti tam ələ keçirmək üçün ondan öncə kanalda reklam müdiri olaraq çalışan Süleyman Məmmədov Əli Həsənov tərəfindən şərlənərək Xəzər Televiziyasından uzaqlaşdırılır. Sosial şəbəkə hesabı dağıdılaraq şəxsi məlumatları götürülən Süleyman Məmmədov Şamxal Həsənov tərəfindən şantaj edilir.
Qeyd edək ki, hazırda AZtv-nin reklam müdiri işləyən Süleyman Məmmədov həmkarları tərəfindən peşakar fəaliyyəti ilə səciyyələndirilir. Azərbaycan Televiziyasından başqa, İdman-Azərbaycan və Mədəniyyət kanalının da reklam müdiridir. Həmkarlarının qeyd etdiyinə görə, Xəzər TV-də peşakarlığına və reklam gəlirləri toplamaq bacarığına görə Süleyman Məmmədov Şamxal Həsənovun yerinə ən layiqli namizədlərdən idi.
Yeri gəlmişkən, hər ay Əli Həsənov Xəzər TV-dən 300-500 min arası nəğd, hec bir yerdə qeydiyyatı aparılmayan pul vəsaiti əldə edirdi. İldə yalnız Xəzər TV-dən əldə edilən vəsait orta hesabla 3 500 000 – 5 000 000 manat arası təşkil edir. Bundan əlavə radiokanallardan, qəzetlərdən və QHT-lərdən əldə edilən vəsaitə nəzər salsaq, Əli Həsənovun ildə 10 000 000 AZN vəsait əldə etdiyini ehtimal etmək olar.
Qeyd edək ki, Mehmet Özkundakçı isə Samanyolu TV-sinin FETO işindən 31 illik həbsdə olan müdiri Hidayət Karacanın bacanağıdır. Bunları bilən Əli Həsənov dövlətin FETO işində ip uclarını araşdıran adamlara manealər törədir, Türkiyədə və Azərbaycandakı əlaqələrindən istifadə edərək Həsənov-Özkundakçı-Karaca işbirliyinin izlərini itirə bilir.
Müəyyən bir müddət Əli Həsənov türkiyəli dostları vəsitəsilə Gökhan Özkundakçının Türkiyə hakimiyyətindən Azərbaycanda yüksək vəzifədə işləməsini qizlətməyə müvəffəq olur. Bu zaman çərcivəsində geniş biznes əlaqələri qurmuş Şamxal Həsənov və Gökhan Özkundakçının qardaşı Mehmet Özkundakçı Avropada bir sıra biznes layihələrinə imza atırlar. Məhz Mehmet Özkundakçının təşəbbüsü ilə və izləri itirmək məqsədilə Burc FM-in adı 100.5 radiosuna dəyişdirilir. Daha sonra radio biznesində küllü miqdarda pul qazanmaq məqsədilə Əli Həsənov Xəzər FM və Araz Radiosu kanallarını əldə edərək Gökhan Özkundakçına həmin radio kanalların reklam işinə nəzarət etməsini tapşırır. Müxtəlif dövlət qurumlarına və özəl şirkətlərə reklamların mütləq şəkildə bu kanallarda yerləşdirilməsi tapşırılır. 2016-cı ildə isə Əli Həsənovun tapşırığı ilə oğlunun dostu Gökhan Özkundakçıya Qafqaz Universiteti Fəlsəfə Doktoru dərəcəsi təqdim edir.
Əldə etdiyimiz məlumatlara görə, Şamxal Həsənovun Mehmet Özkundakçı ilə birgə Çexiya, Avstriya və Xorvatiyada müştərək biznesləri mövcuddur. 2019-cu ilin sonunda müalicə adı ilə Avstriyaya səfər etmiş Əli Həsənovun FETO üzvləri ilə görüşlərinin keçirməsi ehtimal olunur.