Azərbaycan Texniki Universitetində yeni dekanlar bəlli olub.Universitetdən Mia.az-a verilən məlumata görə, seçkinin nəticələrinə əsasən, Lalə Əzizova “Energetika, elektrotexnika və avtomatika, Zəkay Şayev “Nəqliyyat və logistika”, Nizami Poladov “Metallurgiya və materialşünaslıq”, Ərəstun Məmmədov “Maşınqayırma və robototexnika”, Taleh Şirinov “İnformasiya və telekommunikasiya texnologiyaları”, Fərqanə Musayeva “İqtisadiyyat və idarəetmə”, Elçin Rzayev isə “Xüsusi texnika və texnologiya” fakültəsinin dekanı seçilib.