Türkiyə Böyük Millət Məclisinin sabiq üzvü, tanınmış MHP-çi Atilla Kaya Bakıya gəlib və Xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlını ziyarət edib.
BakuPost xəbər verir ki, bu barədə məlumatı S. Rüstəmxanlı özünün feysbuk səhifəsində paylaşıb. Atilla Kaya növbədənkənar parlament seçkilərinə qatılan Xalq şairinin təşviqat-təbliğat kampaniyasına dəstək vermək istədiyini bildirib:
“İki gün öncə İstanbuldan MHP əski millət vəkili, Türkiyənin tanınmış ictimai-siyasi xadimi, Azərbaycanın dostu, dəyərli Atilla Kaya arkadaşları ilə birlikdə Bakıya gəlmişdilər. VHP- də keçirilən görüşdə Milli Məclisə fevralın 9-da keçiriləcək seçkidə mənə uğurlar arzulayaraq, xeyir-dua verdilər və istənilən vaxt təbliğat kampaniyasına qoşula biləcəklərini dedilər. Bu mənəvi dəstəyə görə sag olsunlar!”