Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“Ortada güclü iqtidar, birləşmiş müxalifət var, görək nəticə necə olacaq”

“Ortada güclü iqtidar, birləşmiş müxalifət var, görək nəticə necə olacaq”
Vəfa Quluzadə: “Mən nə vəzifə, nə digər təminatlar arzusundayam, həmişə ümummilli mövqelərdən çıxış etmişəm, axıradək belə olacaq”“Amerikanın Mursidən fərqli olaraq Elçibəyə münasibəti olduqca yaxşı idi”


Milli Şuranın yaradılmasının ardınca qurumun vahid namizədini müəyyənləşdirməsi ətrafında gedən proseslərə artıq xarici media da geniş yer ayırmaqdadır. Həmçinin Azərbaycana gələn amerikalı konqresmenlərin Milli Şura üzvləri ilə bir araya gəlməsi, qurumun məram-məqsədləri ilə yaxından maraqlanmaları müxalifətin yeni qurumuna həssas yanaşmanın göstəricisidir. Ölkə daxilində də ictimai-siyasi xadimlər, analitiklər tərəfindən müxalifətin yeni birliyinin təqdir olunmasını müşahidə edirik. Bu birliyin yaradılmasını təqdir edən sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadə daxili siyasətdən danışmağa həvəsli olmasa da, onunla Misirdə baş verən hakimiyyət çevrilişi ilə bərabər Azərbaycanın hazırkı siyasi gündəmini də dəyərləndirməyə çalışdıq.



- Vəfa müəllim, sizin Milli Şuranın seçkilər zamanı güclü fəaliyyətinin olacağını bildirməyiniz təqdirlə qarşılandı. Hətta Milli Şuranın üzvü Zəfər Quliyev sizinlə həmfikir olduğunu deyərək “Vəfa müəllim görkəmli dövlət xadimidir və biz ona hər zaman hörmətlə yanaşmışıq. Vəfa Quluzadə də hər zaman demokratik düşərgə ilə həmfikir olub” söylədi. Bundan sonra sizin hakimiyyətdə eyni vaxtda təmsil olunduğunuz Eldar Namazovun da təmsil olunduğu bir quruma üzv olacağınız gözlənilirdi. Ancaq nədənsə bu, baş vermir...


 


- Bu gün bəziləri hakimiyyətə daş atır. Onlar düşünürlər ki, hakimiyyət dəyişəcək və yeni hakimiyyətdə təmsil olunmaq üçün indidən xal qazanmaq istəyirlər. Digərləri isə belə düşünür ki, mövcud hakimiyyət qalacaq, müxalifət məğlub olacaq. Odur ki, müxalifətə daş atırlar. Nə bu, nə digər variant mənimçün məqbul deyil. Mən nə vəzifə, nə digər təminatlar arzusundayam. Mən həmişə ümummilli mövqelərdən, xalqımın, millətimin mövqeyindən çıxış etmişəm. Axıra qədər də belə olacaq...


Daha konkret desək, mən nə iqtidardayam, nə müxalifətdə. 


“Oturmuşam samovardan yuxarı,


Dəyir mənə samovarın buxarı...(qəhqəhə ilə gülür)


 


- Zarafat öz yerində, amma mən inanmıram ki, siz ölkə daxilində cərəyan edən proseslərlə maraqlanmırsınız. Hətta bir neçə dəfə vəziyyətlə bağlı narahatçılığını ifadə edən şəxs indi daxildəki situasiyaya laqeyd ola bilər? 


 


- Sözsüz ki, mən ölkəmdən və xalqımdan narahatam. İstəyirəm ki, ölkəmin, xalqımın vəziyyəti yaxşı olsun. 


 


- Bəs yaxşılığın yolu nədən keçir?


 


- Mən onu bilmirəm. Bunu xalqın özü bilər. (yenə gülür) 


 


- Bir müddət öncə Milli Şuranın yaradılmasını təqdir etdiniz... 


 


- (Sualı yarımçıq kəsir). Gəlin bu məsələdən bir müddət sonra danışaq. İndi heç nə demək istəmirəm. Başqa nə mövzudan deyirsiniz danışaq, ancaq Milli Şuradan yox.


 


- Onda Mursidən danışaq. Sizin sovet dövründə çalışdığınız Misirin eks-prezidentinin taleyindən.


 


- Danışaq. 


 


- Son günlər Əbülfəz Elçibəylə Mursi arasında paralellik aparılır. Siz Misirdə baş verənləri necə qiymətləndirirsiniz və Azərbaycanla oxşarlığını görürsünüzmü? 


 


- Mən hesab edirəm ki, tamamilə başqa-başqa vəziyyətlər və situasiyalardır. Həmçinin burda böyük fərqlər var. Məsələn, Məhəmməd Mursinin hakimiyyətdən getməsinə Qərb ölkələri, başqa ABŞ olmaqla, sevinib. Onlar istəmirdilər ki, “Müsəlman qardaşları” kimi güclü İslam təşkilatının nümayəndəsi Misirdə hakimiyyətdə olsun. Ona görə ki, Misir Amerika üçün olduqca əhəmiyyətli bir ölkədir. Vaxtilə Amerika Misir uğrunda Sovet İttifaqı ilə az qala nüvə müharibəsinə gedirdi. Mən onda proseslərin iştirakçısı idim. 1973-cü ildə, Ərəb-İsrail müharibəsində Qahirədə idim və Sovet İttifaqı ilə Amerika orda üz-üzə gəldi. Ancaq Amerikadan zəif olduğunu başa düşən Sovet İttifaqı geri çəkildi. Ənvər Sadatı hakimiyyətdə saxlayan və dəstəkləyən ABŞ oldu. O da Amerikanın bütün tələblərini, arzularını yerinə yetirdi. Ona görə də Ənvər Sadat elə həmin “Müsəlman qardaşları”nın terroruna məruz qaldı, parad vaxtı əsgərlər ona atəş açdı, o da məhv oldu. O, İsraillə 1979-cu ildə “Kemp Devid” müqaviləsini bağladığı üçün bütün ərəb aləmi bu müqavilələrdən narazı idi. Məhəmməd Mursi isə Amerika tərəfindən dəstəklənməyən şəxs idi. Düzdür, o, Hüsni Mübarəkin yıxılmağından sonra qanuni yolla hakimiyyətə gəldi, demokratik yolla seçildi. Ancaq burda bir məsələ var, Qərb hər demokratik yolla seçilənə müsbət münasibət bəsləmir. Tarixdən məlumdur ki, Adolf Hitler demokratik yolla hakimiyyətə gəlib və Almaniyada olduqca sevilən, populyar bir dövlət başçısı olub. Amma ondan sonra Hitler İkinci Dünya müharibəsini törətdi. Ona görə də Mursi demokratik yolla hakimiyyətə gəlsə də, onun təşkilatının ideologiyası Qərbi təmin etmirdi. 


 


- Deməli, hakimiyyət dəyişiklikləri zamanı Qərbdən dəstək məsələsi çox mühümdür...


 


- Bu dəqiqə Amerika dünyanın lokomotivi, əsas dövlətidir. Ona görə də Amerika ilə hesablaşmayanlar sözsüz ki, böyük səhvə yol verirlər. Mən bunu Türkiyəyə aid edirəm. Çox istərdim ki, Türkiyə-Amerika, Türkiyə-İsrail əlaqələri qaydasına düşsün. Türkiyə uzun müddət NATO ölkəsi, Amerikanın müttəfiqi kimi çox gözəl inkişaf etdi, bugünkü səviyyəyə gəlib çatdı. İndi mən qayıdıram Elçibəy məsələsinə... ABŞ Mursini dəstəkləmirdi. Ancaq Amerikanın Elçibəyə münasibəti olduqca yaxşı idi. Amma o vaxt, 1992-93-cü ildə ABŞ bizim regionda hələ fəal deyildi, hələ bizim regiona daxil olmamışdı. Yadımdadır, Gəncə hadisələrindən bir qədər əvvəl gözlənilmədən Bakıya ABŞ dövlət katibinin müavini Strop Talbot gəldi. Özü də Bill Klintonun şəxsi dostu idi. O, təyyarəsini bir neçə saatlıq Bakıda saxladı ki, Elçibəylə görüşsün. Talbot Elçibəyə xəbərdarlıq etdi ki, bilirsənmi Gəncədə sənin əleyhinə dövlət çevrilişi hazırlanır? Elçibəy buna gülümsədi, dedi, narahat olmayın, xəbərimiz var, bunu dəf edəcəyik. Əgər Amerikanın Elçibəyə münasibəti mənfi olsaydı, Talbot heç vaxt bura gəlib ona xəbərdarlıq etməzdi. Deməli, Amerikanın Elçibəyə münasibəti çox gözəl olub. 


 


- Bəs bu gün ABŞ-ın Azərbaycana münasibəti barədə nə demək olar? 


 


- Amerikanın, ümumiyyətlə, Azərbaycana böyük marağı var. Bu da ondan xəbər verir ki, məsələn, Elçibəydən sonra hakimiyyətə gələn Heydər Əliyevlə Amerikanın arasında gözəl münasibətlər oldu. Heydər Əliyev mənə deyirdi ki, “Vəfa, Mərkəzi Komitə artıq Moskvada deyil, Vaşinqtondadır”. Ona görə də Heydər Əliyevlə Amerikanın arasında normal münasibətlər var idi. Heydər Əliyev mənə Amerika ilə əlaqələri qurmağa kart-blanş vermişdi. Mən Azərbaycan-Amerika əlaqələrini istədiyim kimi qururdum. Eyni zamanda Rusiyanı tənqid etməkdə də mənə kart-blanş vermişdi. Siz şahidsiniz, Heydər Əliyev Primakovu da, Çernomırdini də, Kornukovu da, digərlərini də mətbuatın iştirakı ilə qəbul edirdi. Onların hamısı məndən açıq efirdə şikayət edirdi...(gülür) Heydər Əliyev də buna məhəl qoymurdu. İndi də hesab edirəm ki, ABŞ heç vaxt Azərbaycana laqeyd olmayacaq. Çünki Azərbaycan olduqca əhəmiyyətli ölkədir və burada olduqca gözəl xalq yaşayır. Azərbaycan xalqını və dövlətini ABŞ sözsüz ki, özünün maraq dairəsində saxlayacaq, bunu bilmək lazımdır. 


 


- Sizcə, ABŞ bu gün Azərbaycanda hansı qüvvəni, hansı prosesi dəstəkləyir?


 


- Amerika və onun müttəfiqləri öz mövqeyini tam açıq surətdə bəyan edib: azad seçki. ABŞ-ın başqa bir tələbi və arzusu yoxdur.


 


- Amma bundan əvvəlki seçkilərdə də eyni arzu dilə gətirilib, eyni sözlər deyilib...


 


- Hər dəfə deyilən söz konkret situasiyadan, vəziyyətdən asılı olur. O dəfə deyiləndə başqa situasiya idi, bu dəfə deyiləndə isə başqa situasiyadır. Heydər Əliyevin vaxtında da Amerika bunları deyib. 


 


- Deyirsiniz bu dəfə prinsipial mövqe ortaya qoyulacaq və demokratiya öndə olacaq?


 


- Sözsüz ki, bu dəfə bizim seçkilərə maraq güclüdür.


 


- ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar növbəti dəfə bəyan edib ki, onun ölkəsi üçün əsas məsələ azad seçkinin keçirilməsidir. Ancaq hakimiyyətin atdığı addımlar da hələ ki Amerikanı razı salacaq addımlar deyil... 


 


- Seçkilər hər şeyi göstərəcək. Biz indidən niyə hökm çıxaraq, yaxud bu və ya digər tərəfin mövqeyindən çıxış edək? Mən soyuqqanlı analitikəm. Mən soyuqqanlılıqla bu prosesləri izləyirəm və nəticəni də görəcəyik.


 


- Şübhəsiz ki, peşəkar, təcrübəli diplomat olaraq ciddi mənbələriniz var, onlardan aldığınız məlumatlar sizə nə deyir? 


 


- Mənim üç dənə sputnikim var, 5 dənə də dil bilirəm. Məsələn, Qahirədə baş verən hadisələri izləyirdim. Bilirdim ki, “əl-Cəzirə”, “əl-Ərəbiyyə” Qərbyönümlü, Amerikayönümlü kanallardır. Odur ki, başqa kanallara baxmağa cəhd edirdim. Burda belə bir nəticəyə gəlib çıxdım ki, hadisələri yeganə düzgün göstərən Türkiyə kanalları, xüsusilə də TRT-Türkoldu. İlk gündən Türkiyə bunu “darbe” - əsgəri çevriliş kimi qiymətləndirdi və bunu olduğu kimi göstərdi. Amma Obama, bütün Qərb dövlətləri, həmçinin rus televiziyaları da dövlət çevrilişi ifadəsini işlətmədi. Bu, göstərir ki, Amerika dünyada böyük təsirə malikdir. Məsələn, Rusiya, onun prezidenti öz millətçilərinin qarşısında özünü Amerikaya sinə gərən bir dövlət kimi göstərmək istəyir. Amma əslində Putin Amerikadan çox çəkinir. Necə ki, o, Misirdə baş verən hadisələrə qiymət verə bilmədi. Üstəlik, o, Amerikanın qaçmış kəşfiyyatçısına sığınacaq verə bilmədi. Hətta o, sığınacaq üçün 20 dövlətə müraciət etsə də, hamısı rədd edib. Bu, onu göstərir ki, Amerika olduqca güclüdür. Hətta Çin də Amerikanın mövqeyindən çıxış etdi.


 


- Azərbaycanın TAP qaz kəməri layihəsini dəstəkləməsinin əvəzində hakimiyyət beynəlxalq dəstək qazana bilərmi?


 


- Azərbaycan çox düzgün seçim etdi ki, TAP boru xəttini seçdi. Amma mən bu kəmərin ətrafındakı bütün danışıqları spekulyasiya hesab edirəm. Çünki bu, böyük iqtisadi layihədir və uzun müddət işləyəcək. Ona görə də bu layihəni seçkiyə bağlamaq lazım deyil. Məgər Azərbaycan iqtidarı özünü öz ölkəsində bu qədərmi zəif hesab edir ki, neft, ya qazla alver edir?


 


- Siz deyirsiniz hazırda iqtidar güclüdür?


 


- Bəli, hazırda iqtidar güclüdür. 


 


- Bəs müxalifətin imkanları nə yerdədir?


 


- Müxalifət yeni addım atıb, birləşib. İndi nəticəsinə baxaq. Ortada güclü iqtidar, birləşmiş müxalifət var, görək nəticə necə olacaq. İndi burda xalqın mövqeyi də var. Xalqın mövqeyi olacaq, ya olmayacağını isə seçkilər göstərəcək...

Teqlər:
Bu xəbər cəmi 2085 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR