Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

"Düşmənə zərbə endirməliyik ki, bizim üçün hansısa klanın fərqinin olmadığını görsünlər"

Tofiq Zülfüqarov: “Rusiya üçün Ermənistan faktoru artıq öz əhəmiyyətini itirib”

“Azərbaycan niyə partizan hərəkatı yaratmalıdır ki? Konstitutsiyaya baxın. Konstitutsiyada birmənalı olaraq yazılıb ki,  Azərbaycan dövləti öz suveren huquqlarını təmin etməlidir”


Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov “Şərq”ə danışıb. Keçmiş nazirlə 2020-ci ildə Dağlıq Qarabağ münaqişəsinin  həllinə dair beynəlxalq təşkilatlardan gözləntilər, həlli illərdir düyünə düşmüş münaqişənin effektiv tənzimlənmə yolları barədə danışıb. Bunda başqa, həmsöhbətimizlə Rusiya –Ermənistan münasibətlərindəki kəskin soyuqlaşma və bunun əvəzində Moskva -Bakı əlaqələrindəki istiləşmə, bu münasibətlərin münaqişənin həllinə təsiri məsələləri ətrafında fikir mübadiləsi, həmçinin onunla Rusiya- Türkiyə yaxınlaşması və bu durumun Azərbaycana verə biləcəyi fayda və başqa mövzulara dair maraqlı müzakirə aparılıb.   


- 2020-ci ili də düşmənin təxribatı ilə qarşıladıq. Yanvarın 7-də Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətində düşmən tərəfindən açılan snayper atəşindən sərhədçimiz əsgər Fərzəliyev Fərzalı Əlimövsüm oğlu şəhid oldu. Düşmənin silahları susmur, biz isə Paşinyandan konstruktiv mövqe gözləyirik...     


- Yox, indiki məqamda Ermənistanın baş nazirindən bunu gözləmək çox sadəlövhlük olardı. 2019-cu ildən etibarən Ermənistanın həm siyasi, həm də hərbi baxımdan təzyiqləri artmaqdadır. Keçən ili yada salsaq görəcəyik ki, 2019-cu ilin mayında düşmən təmas xəttində və təmas xəttindən bir az aralıda mayorumuz Omarov Aqil Akif oğlunu vurdu, mayorumuz şəhid oldu. Bu, düşmənin hərbi cəhətdən təzyiqidir və bu təzyiq 2020-ci ildə də davam edir. Bu günlərdə bir əsgərimiz Qazax istiqamətində şəhid oldu. Təsəvvür edin ötən il Paşınyan bəyanat verdi ki, onlar torpaqların azad olunmasını müzakirə etmirlər və müzakirə etmək niyyətində də deyillər. Ondan sonra “Dağlıq Qarabağ Ermənistandır və nöqtə” bəyanatını səsləndirdi. Bu isə onu göstərir ki, işğalçı ölkə münaqişənin həllində vasitəçi kimi çıxış edən ATƏT-in Minsk qrupunun fəaliyətsizliyi nəticəsində özlərini çox rahat hiss edirlər. Və təhrikçi siyasətlərini davam etdirirlər. Əminəm ki, onların bu siyasətinə lazımi cavab verilməsə, işğalçı ölkə bu siyasətini olduğu kimi davam etdirəcək. 


- ATƏT-in yeni sədrliyinə Albaniyanın baş naziri və xarici işlər naziri Edi Rama gəldi. Ondan müsbət mənada gözləntilər varmı və yoxsa bu da öz sələfləri kimi sadəcə, “narahat” olmaqla kifayətlənəcək?


- Heç bir gözlənti yoxdur və olmasın. Ola da bilməz. Bu işlə ciddi şəkildə məşğul olmaq və vəziyyətə təsir göstərmək onun səlahiyyətləri çərçivəsində olan məsələ deyil. Özümüzü aldatmayaq və dəqiq başa düşək ki, həmsədrlər Ermənistan-Azərbaycan konfliktinə həll edən deyil. Sadəcə olaraq, onlar  kənardan siyasi bəyanatlar vermək imkanına malikdirlər. Edi Ramadan da bundan başqa bir şey gözləməyə dəyməz. 


- Qeyd edirsiniz ki, ATƏT-dən heç bir gözləntimiz olmasın, BMT-nin də 4 qətnaməsi kağız üzərində qalır. Bəs bizə hansı yol qalır, münaqişəni necə həll edək? 


-İctimaiyyət və eləcə də KİV-lər belə komplekslərdən azad olmalıdırlar. “Beynəlxalq ictimaiyyət onu d edi, beynəxalq təşkilatlar bunu dedi” kimi söhbətləri aparmağın mənası yoxdur. Fövqəldövlətlər istəməsə, heç bir beynəlxalq qurumun, o cümlədən BMT-nin real təzyiqlər göstərmək üçün heç bir mexanizmi yoxdur. Sadəcə, bəyanatlar xatirinə bəyanatlar veriləcək. Özümüzü aldatmayaq. Başa düşək ki, ərazilərimizin azad olunması birbaşa Azərbaycandan və Azərbaycan vətəndaşlarından asılıdır, vəssalam nöqtə və üstəgəl nida.


- Zəhmət olmasa, “Ərazilərimizin azad olunması birbaşa Azərbaycandan və Azərbaycan vətəndaşlarından asılıdır” fikirlərini bir az açıq formada izah edərdiniz. Konkret olaraq, vətəndaşlarımız, xalqımız hansı addımları atmalıdırlar?


- Hər bir ölkədə siyasi  rəhbərliyə səlahiyyəti xalq verir. Siyasi rəhbərliyin səlahiyyəti məhz bundan irəli gəlir. Ona görə ictimaiyyətin, xalqın fəaliyyəti, iradəsi  gələcəkdə bu və ya digər siyasi qərarın  qəbul edilməsini şərtləndirə bilər. Bu mənada xalqlar öz rəhbərlərindən nəyi tələb edirlərsə, rəhbərlər də bunu reallaşdırır. Bu, siyasətin qanunudur. Deməli, Azərbaycan xalqı bunu lazımi şəkildə tələb etmir. 


- Söylədiniz ki, problemin həlli müəyyən mənada fövqəldövlətlərdən asılıdır. Yaxşı, bəs bu fövqəldövlətlər niyə münaqişənin həllinə səy göstərmirlər? 


- Bizim məsələmizlə yanaşı, dünyada o qədər münaqişələr var ki... Onlar üçün bizim məsələ maraqlı deyil. Məsələn, Afrikada hansısa bir ölkənin başqa bir ölkənin ərazisini işğal etməsi bizi çoxmu maraqlandırır? Özümüzə sual verək. Əlbəttə, yox. Ona görə də bizim kimdənsə nəysə ummağımız, özümüzü aldatmağımızdır.


- Müxtəlif zamanlarda Azərbaycanın partizan hərəkatına başlayıb, ərzilərimizi separatçılardan təmizləməsi iddiası da ortaya atılır. Sizcə, bu uğurlu versiyadırmı?


 - Azərbaycan niyə partizan hərəkatı yaratmalıdır ki? Konstitutsiyaya baxın. Konstitutsiyada birmənalı olaraq yazılıb ki,  Azərbaycan dövləti öz suveren huquqlarını təmin etməlidir. Belə olan halda partizan hərəkatına nə ehtiyac qalır? Bəs ordumuz hansı işlə məşğul olmalıdır? Suverenliyi təmin etməli olan qurumlar güc struktularıdır. Gəlin, özümüzü aldatmayaq. “Partizan hərəkatı yaradaq, İcmalar olsun” kimi yanaşmaların mənası yoxdur. Konstitutsiyada “İcmalar” anlayışı varmı? Xeyr! İstəyik ki, yeni bir şey icad edək. Amma buna ehtiyac yoxdur. Konkret deyim ki, torpaqlarımızı azad etmək istəyiksə, gərək mübarizə və müharibə aparaq, vəssalam nöqtə, üstəgəl nida! 


- Bildirdiniz ki, Azərbaycan ərzilərinin işağlda olub-olmaması fövqəlgücləri maraqlandırmır. Əgər belədirsə, niyə Azərbaycan hətta düşmən təxribatının qarşısını alarkən bir güllə atanda həmin fövqəlgüclərin bəyanatı ara vermir? 


- Söhbət ondan gedir ki, Rusiyanın əvvəlki siyasəti Ermənistanın təhlükəsizliyini təmin etmək idi. Amma indi vəziyyət dəyişməkdədir. Bunu aydın şəkildə müşahidə edirik. Əvvəl deyirdilər ki, Ermənistan cənubdan Rusiyanın forpostudur. İndi isə Ermənistan qolsuz adam kimi qalıb. Yəni, Rusiyanın Ermənistana olan münasibəti ciddi şəkildə dəyişib. Rusiya və Türkiyə liderləri arasındakı yanvarın 8-də baş tutan görüşə nəzər salaq. Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, Moskva –Ankara münasibətləri digər ölkələr üçün nümunə ola bilər. Baxın, vəziyyət dəyişir. Gec və ya tez bu tendensiya  güclənəcək. Ermənistan Ruyiya üçün əhəmiyyətsiz bir ölkəyə çevriləcək. Rusiya Ermənistanın üzərindəki təhlükəsizlik nəzarətindən əl çəkərsə, Azərbaycan çox rahatlıqla işğal olunmuş ərazilərimizi azad edə bilər. 


- Türkiyə -Rusiya yaxınlaşmasının münaqişənin həllində rolu nə qədərdir, sizcə, buna ümid etmək olarmı? 


- Belə bir imic formalaşdırmayaq ki, guya hər şey fövqəldövlətlərdən asılıdır.  Ona görə yuxarıda söylədim ki, Azərbaycan xalqının və ictimiyətinin öz hüqularını tələb etməsi suverenliyin bərpası üçün olduqca  vacib amildir. Azərbaycan xalqının tələblərini təkcə, Azərbaycan hökuməti deyil, xarici müşahidəçilər də səfirliklər vasitəsilə və başqa vasitələrlə ciddi şəkildə izləyirlər. Bu iradə açıq şəkildə nümayiş olunmaıldır. Hesab edirəm ki, indiki vəziyyət ciddi şəkildə dəyişə bilər. Vəziyyətin dəyişməsi üçün böyük əsaslar var. 


- Məsələn?


- Həm Rusiya-Türkiyə əlaqələri inkiaf edir, Moskva –İrəvan münasibətlərində böhranlı vəziyyət yaranıb, Rusiya- Azərbaycan arasındakı əməkdaşlıq genişlənir, və başqa elementlər düşünməyə əsas verir ki, Ermənistana olan təhlükəsizlik zəmanəti daimi faktor deyil. Bu vəziyyət ciddi şəkildə dəyişməkdədir.  Gec və ya tez əsaslı dəyişiklik baş verəcək. Eyni zamanda əsas faktorlardan biri ondan ibarətdir ki, Azərbaycan bir dövlət olaraq iqtisadi, hərbi və demoqrafik baxımdan daha da güclüdür. Bilirik ki, dünyanın əsas elementləri güc və imkanlardır. 


- Rusiyanın Ermənistana münasibətini dəyişdirən amillər hansılardır? 


- Əlbəttə, səbəblər çoxdur. Birincisi, ondan ibarətdir ki, Rusiya üçün Ermənistan faktoru öz əhəmiyyətini ciddi şəkildə itirib. 15-20 il qabaq daim eşidirdik ki, Ermənistan Rusiyanın forpostudur. Amma onun əvəzinə  reallığa əsaslanan bəyanatlar gəlir ki, Emrənistan qolsuz adam kimidir. Onun Rusiya üçün heç bir faydası yoxdur. Rusiyanın qarşısında digər  aktual problemlər dayanır. Misal üçün Ural Dağlarının Şərqində olan hissələrdə Rusiyanın cəmi 5-7 milyon əhalisi qalıb. Amma cənub sərhəddin o tərəfində Çin yerləşir. Orada milyard yarım əhali var. İkinci bir məsələ  Rusiya-Ukrayna böhranıdır. Bunlar düşmən ölkələrdir. Düşmən olan ölkənin sərhəddi Rusiya paytaxtından 400 kilometr məsafədə yerləşir. Təsəvvür edin ki, Moskvadan İrəvana 2570 kilometr məsafə var. Belə olan halda Moskva üçün Ermənistan aktuallığını saxlayırmı? Təbii ki, yox. Qlobal dəyişikliklər istər-istəməz Dağlıq Qarabağ konfliktinə öz təsirini göstərəcək. Ermənilər başa düşürlər ki, onlar Rusiyadan alacaqlarını artıq alıblar. Ondan əlavə nəysə almağa təbii ki, heç bir imkanlarıı olmayacaq və sonda Azərbaycanla üz-üzə qalacaqlar. Azərbaycan, Türkiyə və digər qonşularıa üz-üzə qalandan sonra öz güclərinə söykənən bir siyasət həyata keçirmək  məcburiyyətində qalacaqlar. Gec və ya tez bu, baş verəcək. 


- Ermənistan daxilində Qarabağ klani ilə Paşinyan hökuməti arasında ciddi qarşıdurma yaşanır. İddialar var ki, Qarabağ klanı Paşinyanın danışıqlara gəlməsinə mane olur. Sizcə, doğru təhlildirmi? 


- Qoy, bu məsələ erməniləri narahat etsin. Bizi maraqlandırmalı deyil. Azərbaycan vətəndaşı olaraq bircə məsələ ətrafında düşünməliyik: torpaqlarımız işğaldan azad olunmalıdır. Buna kimsə mane olur,  kimsə mane olmur, bu, ikinci dərəcəli məsələdir. Dövlət və xalq olaraq güclənməliyik və lazımi məqamda düşmənə zərbə endirməliyik ki, bizim üçün hər hansı bir klanın fərqinin olmadığını görsünlər. 

Teqlər:
Bu xəbər cəmi 2510 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR