Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

"Hamını övladı ilə sınağa çəkmək olar"

Gültəkin Hacıbəyli oğlu ilə bağlı məhkəmə qərarından yazdı

Keçmiş millət vəkili, Milli Şuranın və Ziyalılar Forumunun üzvü Gültəkin Hacıbəyli 9 yaşlı oğlu Toğrulun faktiki ondan alınaraq, keçmiş həyat yoldaşı Mahmud Mehdiyevin himayəsinə verilməsi haqda məhkəmə qərarı ilə bağlı “Azadlıq”a geniş məqalə göndərib. Məqaləni təqdim edirik:


 


Nəsimi rayon məhkəməsi Azərbaycan tarixində rüsvayçı bir ilkə imza atdı. Azərbaycan məhkəmələrində hökm sürən qanunsuzluq, ədalətsizlik barədə danışmağa ehtiyac yoxdur, ancaq görünür son vaxtlar onlar özləri-özlərini də kölgədə qoymağa başlayıblar. Qanunsuzluq mərhələsi artıq Allahsızlıq mərhələsi ilə əvəz olunub.  İddiaçı Mehdiyev Mahmudun oğlumla görüşmək haqqında iddiası tam təmin edilərək, uşaq faktiki olaraq anadan, yəni məndən alınaraq ataya verilib. Bu, Azərbaycan məhkəmə tarixində analoqu olmayan presedentdir və Azərbaycan məhkəmə praktikasında ikinci belə hal yoxdur. Oğlum Qafqaz Gimnaziyasında təhsil alır, evdən səhər saat 8-də çıxır, dərsləri saat 16-da bitir. Uşaq hər gün saat 16-dan 21-ədək, yəni, məktəb bitəndən  yatanadək, əlavə olaraq bazar günləri iddiaçı ilə qalmalıdır. Hakim Etibar Hümbətov böyük lütf göstərərək oğlum Toğrulun həftənin beş günü gecə  saat doqquzdan sonra mənim evində yatmağına və yalnız şənbə günləri mənimlə birgə olmağına icazə verib. Göründüyü kimi bu faktiki olaraq, uşağın məndən alınıb ataya verilməsidir. Azərbaycan praktikasında bu hala yalnız ananın valideynlik hüququndan məhrum edildiyi, yəni, narkoman, xroniki alkoqolizm xəstəsi və s. hallarda yol verilir. Nəticəni özünüz çıxarın. 


 


Əvvəlcə məsələnin hüquqi aspektləri haqqında danışmaq istəyirəm. Eyni predmet, eyni hal üzrə Səbail rayon məhkəməsinin qanuni qüvvədə olan 01.05.2006-cı il tarixli qətnaməsi var. Həmin qətnaməyə görə ata uşaqla həftədə bir dəfə görüşə bilərdi. Azərbaycan məhkəmələri bir qayda olaraq belə hallarda məhz həftədə bir, ən çoxu iki görüş təyin edir. Bəs nə dəyişdi ki, məhkəmə əvvəlki qətnamə ilə ziddiyyət təşkil edən qərar qəbul etdi? Mehdiyev Mahmud qətnamə qəbul olunduğu 01.05.2006-cı il tarixindən Toğrulla görüşmək üçün nə mənə, nə yaxınlarıma, nə də Səbail rayon İcra Şöbəsinə bir dəfə də olsun müraciət etməmişdir.  Mənim millət vəkili səlahiyyətlərimdən istifadə edərək belə görüşlərə imkan vermədiyimi iddia etmək də gülüncdür. Bunu Səbail rayon İcra Şöbəsinə sadə bir sorğu verməklə yoxlamaq olar. Tələbkar nə mən millət vəkili olduğum dönəmdə, nə də deputat səlahiyyətlərimə xitam verildi 2010-cu ildən keçən üç il ərzində görüş   üçün müraciət etməyib. Tələbkar doqquz il ərzində övladı ilə maraqlanmayıb və bir manat da olsun aliment ödəməyib. Azərbaycan Respublikası Ailə Məcəlləsində atanın aliment ödəməməsi onun valideynlik hüququndan məhrum edilməsi üçün əsasdır. Ancaq görünür, siyasi opponentlərə qarşı bu maddə tərsinə tövsif edilir. Bizim halda, atanın doqquz il aliment ödəməməsi uşağın onu doqquz il böyüdən anasından alınaraq tanımadığı ataya verilməsi üçün əsas oldu. Tələbkarın mənzili yoxdur, məhkəmə qətnamə qəbul edərkən bu faktı araşdırmağı da nədənsə, unudub. Ailə Məcəlləsinin tələblərinə görə məhkəmə qəyyumluqla bağlı qərarlar qəbul edərkən müvafiq icra hakimiyyətlərinin Qəyyumluq və Himayəçilik komisiyalarında aparılmış araşdırmanın nəticəsi nəzərə alınmalıdır, ancaq belə araşdırma aparılmayıb. Vəkilimin qaldırdığı vəsatətlər nə qəbul, nə rədd edilib, yəni, onların baxlmamış saxlanılması haqqında analoqu olmayan qərarlar qəbul edilib. Məhkəmə Səbail rayon İcra Şöbəsində icraatda olan iş üzrə dörd görüşün aktını - Toğrulun bu görüşlərdən qətiyyətlə imtinasını fiksə edən sənədləri nəzərdən belə keçirməyib. Və ən əsası, hakim Etibar Hümbətov iddiaçı ilə görüşlərin Toğrulun psixikasına və sağlamlığına zərbə vurması, uşağın müalicəyə ehtiyacı olması və belə görüşlərin dərhal dayandırılması haqqında psixoloq Azad İsazadənin mütəxəssis rəyini belə nəzərə almamışdır. Belə ki, dörd belə görüşün hər birində sonra uşaq depressiyaya düşüb, ağlayıb, aqressivləşib, məndən ayrılacağından qorxub, gecələr sayıqlayıb və s. Hətta ilk görüşdən sonra Təcili Tibbi Yardıma müraciət etməli olduq və uşaq ona yalnız sakitləşdirici iynə vurulandan sonra özünə gəldi. Bir sözlə, "ata" Azərbaycan hakimiyyəti ilə birlkdə öz övladına əsl mənəvi və psixoloji işgəncə yaşadır. Dərs əlaçısı olan oğlum məhkəmənin qərarı ilə dərslərindən ayrılmalı və həftənin altı gününü yenicə peyda olmuş atası ilə ünsiyyətə həsr etməlidir. Uşağın dərs oxumağa, əlavə məşğələlərə, müəllimlərə vaxtı qalmır. Məhkəmə, əslində, bu qətnamə ilə Toğrulun təhsildən təcrid edilməsi haqqında qərar çıxarıb.  9 yaşlı uşağın ana ilə ünsiyyətə ehtiyacı şəksizdir və bu ehtyacı təmin etmək üçün mən uşağımı məktəbdən çıxarmalıyam, cünki, hər gün tanımadığı ataya 5 saat ünsiyyət vaxtı verən hakim, mənə də ən azı 5 saat ünsiyyət hüququnu tanımalıdır. Mən gecə saat 21-dən 3-ədək uşaqla ünsiyyət saxlaya bilmərəm,  demək, yeganə yolum övladımı təhsildən ayırmaqdır. Nəsimi rayon məhkəməsinin qətnaməsi məni buna məcbur edir, digər tərəfdən uşağın dərslərinə hazırlaşmağa onsuz da vaxtı qalmır və uşaq bu rejimlə yüksək təhsil standartları olan bir məktəbdən onsuz da uzaqlaşmalı olacaq. Göründüyü kimi, bu qərarın bir adı var: 9 yaşlı körpəyə qarşı mənəvi-psixoloji terror! Ata saat 16-dan 21-dək uşağı ilə məşğul olacaqsa, onu yedizdirəcək, içizdirəcək, təmizliyinin qayğısına qalacaqsa, demək, işləməməlidir, evdə uşağın yanında oturmalıdır. Bu halda hörmətli hakim bir az da irəli gedərək mənim ataya aliment ödəməli və atanın mənzilinin olmadığı üçün onu mənzillə təmin etməli olduğum haqda da qətnamə çıxarsaydı, məhkəmə qərarı daha dolğun və tam olardı! Bir də, ata bütün qitmətli vaxtını Toğrula sərf edəcəksə,  digər nigahlardan olan övladlarına nə zaman vaxt ayıracaq? Axı onların da "üzünə  həsrət qalıb". Məhkəmə Toğrulun qayğısına qaldığı kimi onların qayğısına niyə qalmır?  Gerçəkdən də, bu şərəfsiz oyuna alət olan hakim Etibar Hümbətovun və ona bu siyası sifarişı verənlərin yəqin ki, vicdanı və övladı yoxdur və Allahın cəzasından qorxmurlar!  Ancaq, əbəs yerə!


 


Mən fürsətdən istifadə edib hörmətli hakimdən  qəbul etdiyi qətnamənin icrasını necə təsəvvür etdiyini soruşmaq istərdim. Həftədə bir dəfə görüşə mənim təkidimdən, israrımdan sonra məcburən, göz yaşları içində gedən və hər dəfə də akta daha gəlməyəcəyinin yazılmasını tələb edən Toğrulu "ata" ilə görüşə boynuna zəncir keçirib maşının yedəyində sürüyüb aparacaqlar, döyə-döyə aparacaqlar, yoxsa, bu məqsədlə  İcra Şöbəsinin yanında qoluzorlular ştatı açılacaq?      


 


Insanlar müxtəlif olur. Əqidəsi, ideyaları və prinsipləri, ən başlıcası, şərəfi və ləyaqəti uğrunda ölümə gedənlər, bu yolda on illərlə məhbəs həyatı yaşayanlar da var, şərəfini və ləyaqətini 5-10 manat pula, ortabab bir vəzifəyə dəyişən və yalnız şərti olaraq homo sapiens adlananlar da. İnsanların hamısının zəruri ehtiyacları, ailələri, yaxınları, dostları var. İnsanların hamısını işdən çıxartmaq, döydürmək, mətbuat vasitəsilə təhqir etmək, böhtan atmaq, qohumlarını təqib etmək, maddi cəhətdən sıxmaq və s. mümkündür. Övlad hər birimizin ən kövrək yerimizdir və hamını övladı ilə sınağa çəkmək olar. İnsanların hamısına hədə-qorxu gəlmək və hətta, həbs etmək də mümkündür.


 


Sosiologiyanın və fransiz pozitivizminin banisi Ogüst Kontun cəmiyyət qanunauyğunluqlarının təbiət qanunauyğunluqları ilə əlaqəsinə dair maraqlı bir nəzəriyyəsi var. Cəmiyyətdə çox şey təbiəti təkrarlayır. Kövrək bir maddə bir yüngül zərbə ilə dərhal dağılır. Dəmir, polad kimi bərk xassəli maddələr isə döyüldükcə keyfiyyətini yüksəldir, daha qiymətli olur. Ən azından, köhnənin kommunistləri Nikolay Ostrovskinin "Polad necə bərkidi?" əsərini və gənclik idealları olan Pavel Korçagini yaxşı xatırlamalıdırlar. İnsanların da maddələr kimi ilk, zəif bir zərbədən sınanı, əziləni və əksinə, döyüldükcə, təqib olunduqca bərkiyəni, güclənəni olur. Bu fərqi hamı nəzərə almalıdır. Xüsusilə də, idarəetmə sahəsində peşəkarlığa iddialılar! Axı haqsız təqiblərin, şərləmə kampaniyalarının, hədə-qorxuların heç birinin öz hədəfinə çatmadığını, əksinə, bu insanların ictimai nüfuzunu daha da yüksəltdiyini, onların cəmiyyət, sadə insanlar tərəfindən daha çox tanındığını, dəstəkləndiyini və sevildiyini görmək və anlamaq bu qədərmi çətindir? Insanların bu kampaniyaların, təhdidlərin təşkilatçılarına necə nifrət püskürdüyünü sosial şəbəkələrdən, hətta ələ aldığınız mətbuatdan görmürsünüzmü? İctimai yerlərdə, məclislərdə, küçədə sadə insanların dəstəyini, rəğbətini, sevgisini gördükdən sonra millətimin böyüklüyü və müdrikliyi qarşısında bir daha baş əydim. Bu insanların mənə olan münasibətindən daha  çox haqsızlığa, ədalətsizliyə və yalana etirazıdır. Bəli, bütün insanları döymək, həbs etmək olar, ancaq insanların hamısını sındırmaq mümkün deyil! Hətta həbslərlə də sındırmaq mümkün deyil! Məgər, gənclərimiz bunu sübut etmədimi?  Övladlarımız yerində olan 18-20 yaşlı gənclərin bu əzmindən və fədakarlığından sonra, başqa cür davranış  millətin ziyalısı adına iddialı olan bizlərə  haram deyilmi? Əks halda, Cabbarın, Nigarın, talassemiya, asma kimi ağır xəstəliyi ilə ölümün gözünə dik baxan məğrur Zaurun üzünə necə baxarıq?


 


Üzümü Stalin-Beriya repressiya məktəbinin layiqli varislərinə tutub demək istəyirəm: sizlər nədənsə “millətlər atasının” ən mühüm vəsiyyətini ciddiyə almırsınız. Stalin deyirdi: "İnsan varsa, problem var. İnsan yoxdursa, problem də yoxdur"!  İnanın ki, bu ölkədə şərəfini və ləyaqətini azadlığından, həyatından, hətta övladından üstün tutan insanlar siz düşündüyünüzdən qat-qat çoxdur! İnsanları doyma həddinə gətirdikdən sonra nə təhdidlər, nə hədə-qorxular işləyir. Çalışın insanları bu həddə gətirməyin! Sonra gec olur! Odur ki, qiymətli vaxtınızı, enerjinizi, pulunuzu belə perspektivsiz və cəfəng işlərə sərf etməyin. Problemi kökündən həll edin. Fərqli fikir söyləyən insanları bir güllə ilə susdurmaq imkanı varkən, niyə özünüzə bu qədər əziyyət verirsiniz? Bizləri susdurmağın ən qısa və optimal yolunu dənəyin. Çünki, əslində, başqa yolunuz da qalmayıb!


 


Siyasi fəaliyyətinə görə övladların analarından alınıb hakimiyyətə loyal ailələrə verilməsi praktikası Cənubi Amerika diktaturalarında yayılmış ənənə idi. Ancaq XXI əsrdə Azərbaycan hakimiyyətinin bu praktikadan yararlanmaq, öz tənqidçilərini bu yolla sudurmaq istəyi, sadəcə, siyasi korluqdur. Bu acizliyin və cılızlığın əlamətidir.


 


Mənim övladımın 9 yaşı var. Onun cibinə narkotik atmaq, maşınından Molotov kokteyli tapmaq mümkün deyil. Odur ki, belə işgəncəyə məruz qalır. Mən isə hazıram. Ciblərim də, evimin qapısı da, maşınım da üzünüzə açıqdır. Analar övladları Vətən üçün dünyaya gətirir. Mənim canım da, övladım da bu Vətənə qurbandır! Mənim şəhid analarından,  Zaurun anası Səkinə xanımdan, Cabbarın, Nigarın analarından heç nəyim artıq deyil. Övladımın da Zaurdan, Cabbardan, Nigardan üstünlüyü yoxdur. Əgər Azərbaycanın azadlığa, ədalətə və demokratiyaya qovuşması üçün mən və övladım şəhid olmalıyıqsa, mən bu missiyanı böyük şərəflə üzərimə götürməyə hazıram. Nə övladımla bağlı təhdidlərdən, nə həbsdən, nə də ölümdən qorxuram.  Ancaq 9 yaşlı uşağa qarşı bu haqsızlığı edənlər və bu şərəfsiz sifarşin arxasında olanlar bilsinlər ki,  nə Allahın, nə də azad və demokratik Azərbaycanın ədalətli məhkəməsinin mühakiməsindən qaça biləcəklər. Buna adım kimi əminəm!


musavat.com

Teqlər:
Bu xəbər cəmi 1450 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR