Tovuz rayon, Dondar Quşçu kənd sakini olan, azyaşlı Nərmin Quliyevanın qətli cinayətinin üstü açılıb. Qatil kimi şübhəli bilinib, əməlini etiraf edən İlkin adlı şəxs aşkar edilərək, artıq tutulub. On yaşlı qız uşağının təcavüzü (buna şübhə yox), baş zərbələri ilə öldürülüb, sonra cəsədin ictimai yerdə yandırılması kimi nadir, dəhşətli, antiinsani və nəinki ölkəmiz, həm də xaricdə dərin ictimai sarsıntı yaradan müdhiş bir cinayətin üstü açılıb. Cinayət faciəli, ictimai sarsıntılı olduğu qədər də, açılması təqdirlidir.İlk növbədə bu münasibətlə əməliyyat-istintaq orqanlarını təbrik edirəm. Və hər şeydən öncə, bir ölkə vətəndaşı, vətəndaş cəmiyyəti üzvü və sonra da bir hüquqşünas-kriminalist alim kimi, məsələni diqqət və nəzarətə götürmüş həmin orqanların rəhbərliyinə və ölkənin daha yuxarı rəhbərliyinə təşəkkürümü, razılığımı bildirirəm.Bu razılıq, ürək rahatlığı hissini öz-özümə qarşı keçirirəm, o mənada ki, facebook səhifəmizin bir çox izləyiciləri, oxucular, Nərmin ağrı-iztirabı çəkən insanlarımızdan bu sahə üzrə ixtisaslı bilərək yönəltdikləri sorğu-suallara: "Bir az səbrli olun və ən yaxın zamanda cinayətin üstü açılacaq.." deyə ümid, təskinlik verməm özünü doğrultdu. İlk yazımdaca bu işin maniakal problemli birisi tərəfdən törədilə biləcəyi fikrim təsdiqini tapdı.Və belə nəticəyə də əminlik qədər ümidli idim. Bilirdim ki, hər bir ölkə cəmiyyəti üçün belə bir cinayət hadisəsi ictimai zəlzələ olduğu qədər, onun açılması bir o qədər də hüquq-mühafizə orqanları üçün şərəf işidir. Və onlar var gücləri ilə çalışacaqlar və mütləq çalışmalıdırlar ki, bu işin üstü açılsın. Və ilk anlar yubansa da, açıldı.Amma, bu xeyli yubanmaya yol vermiş Tovuz rayon polis, prokurorluğunun məsuliyyəti, vəzifə borcu, professionlığı adekvatlığı da tam araşdırılmalıdır müvafiq rəhbərliklər tərəfindən... Aydın edilsin ki, 40 gün axtarış nəticəsiz olub? Və pozuntular olduğu halda, cəzalanmalıdırlar.Buradaca qeyd edim ki, bir sıra mənbələrin və şəxslərin maniakal və o cümlədən də seksual maniakal problemliləri psixi pozuntulu təqdim eməsi və onların da ruhi xəstə hesab olunaraq mühakiməsinin mümkünsüzlüyü fikrini ortaya atması doğru yanaşma deyil. Maniakal problem psixi-ruhi yox, psixoloji-xarakter pozuntusudur və mühakiməyə tam uygundur. Hesab edirəm ki, Nərmin məsələsində manyak qatil obyektiv mühakimə olunaraq ən ağır cəzasını alacaqdır.
İkinci, Nərmin işinin açılmasının gecikməsini hüquq-mühafizə orqanlarının işin açılmasında maraqlı olmaması hətta hansısa maddi marağa görə qəsdən açmaması kimi ittiham edənlərə bunu deyərdim. Həm də və indi də iş açılandan sonra, guya bu cinayəti başqa imkanlı, təbəqəli şəxslər tərəfindən törədilib, bu İlkin adlı şəxsin işgəncə verilərək üzərinə qoyulması iddialılara, siyasilərə bunu deyərdim. Bu qədər də olmaz...Hüquq-mühafizə orqanları bəlli ki, hakimiyyətin tərkib hissəsidir. Ancaq, onlar həm də dövlətin əsas sütunudur. Hökumətə, iqtidara qarşı rəqib kimi siyasi müxalifətin qərəzli olması mümkün haldır. Bütün dünyada belədir. Ancaq bu qərəzi şişirdib artırıb hədd keçməklə hüquq-mühafizə orqanlarını yersiz ləkələmək, nüfuzdan salmaq artıq, dövlətimizin sütunlarını vurub zədələmək deməkdir. Bu da ki, ümumi ölkə üçün ziyanlıdır.
Nəhayət, bu hadisə ilə bağlı son vacib məsələ barədə. Qəti olaraq, hüquq-mühafizə orqanları işinə, əməliyyat istintaqına, prosessual qaydalı tədbirlər görməsinə mane olan KİV orqanlarına bunu etməməyi çağırıram. Xüsusən, qanunun keşiyinə və cinayətlərin açılmasına ali nəzarəti və rəhbərliyi həyata keçirən Baş Prokurorluğa bunu xahiş edərdik ki, ölkədə cinayət xarakterli hadisələri araşdırma və xəbərləri yayma profilli TV verilişləri, saytlar, qəzetlər və sairə kimi KİV orqanlarını diqqətinə götürsün. Prokurorluğun müəyyən müvafiq xidmətləri ilə yaxşı olardı ki, həmin media orqanları daim əməkdaşlıq edib öz fəaliyyət, proqramlarını və cinayət xarakterli hadisələrin ictimailəşdirməsini razılaşdırsınlar.
Əks halda, bəzi TV proqram və verilişlər, media xəbərləri cinayət xarakterli hadisələrə çox aşırı və qaba-ixtisassız müdaxilə etməklə cəmiyyətə, vətəndaşlara ictimai mənəvi-psixoloji fəsadlar törədir, həm hüquq-mühafizə orqanlarının işinə ciddi maneə, problem, yanlışlıq yarada da bilir.Misal. Bu son Nərmin faciəsi, cinayət hadisəsi ilə bağlı Xəzər TV-nin, "Səni axtrıram" verilişində Xoşqədəm Hidayətqızının ziyanlı bir aparıcılığı...
İlqar Altay