Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

MİLLİ DİRÇƏLİŞ ŞOUSU

MİLLİ DİRÇƏLİŞ ŞOUSU
İGİD TEYMURLU FƏRƏC QULİYEVIN TƏQDİMATINDA


İctimai-siyasi fəaliyyəti kontekstində cənabü 4-cü və 5-ci çağırış Milli Məclisimizin "depudat"ı hələ də soyadını belə milliləşdirmək istəməyən FƏRƏC BƏY QULİYEVin türk milli kimlik şüurumuzun güclənib dərinləşdirilməsində, parlament tribunasından istifadə edərək bunun siyasi kluarlarda daha da kütləviləşməsində zərrə qədər olsa belə xidməti yoxdur. Mən özüm bilərəkdən Fərəc Quliyevin bir millət vəkili olaraq müxtəlif sosial yönümlü problemlərimizin həllində birbaşa yükümlü olması və bu istiqamətdə onun bir hesabatvermə zərurətindən danışmıram. Çünki zatən Fərəc Quliyev bu konuda bir mağmun durumdadır, bu adamın nə ictimai-siyasi çəkisi, nə də fərdi bacarığı sosial problemləri həll edə bilmək səviyysində deyil. Öyləsə, day onda bu nöş deputat olmaq istəyir!?.



 Sadəcə olaraq Azərbaycanımızın sabahı kontekstində, fərdlərin cavabdehlik və məsuliyyət hissi kontekstində Fərəc Quliyevin fəaliyyətinə köklü şəkildə deyil, hətta ötəri nəzər salınanda şahidi oluruq ki, bu adam hələ də feodal patriarxal düşüncə ilə yaşayır. Özünü demokratik dünyanın adamı kimi təqdim etməyə çalışsa da, şəxsindəki ədəbazlığı, Yurd sevgisindəki kosmopolitik davranışı, xarakterində sözlə əməlin cilalanmaması, daim etibarlı sığınacağın sakini kimi davranması, öz sözünün ağası kimi deyil, başqasının etdikləri fonunda maraq qulu olan nasixlər kimi addım atan birisidir bu...



 Ən böyük problemlərdən olan Qarabağ məsələsində Fərəc Quliyev konkret mövqe ortaya qoyubmu?



Paşinyanların, Tonoyanların sərsəmləmələri zamanı Fərəc Quliyev ancaq hakimiyyətin ağzını pusub dinləyəndən sonra o təqdimatların təsir dairəsindən çıxış edib, vəssalam! O, SAVAŞ ADAMI kimi danışmayıb...



 Quzeydə milli hədəflərin düzgün müəyyənləşdirilməsini ancaq öz korporativ maraqları çərçıvəsində dərk edib gerçəkləşdirən Fərəc Quliyevin Güney Azərbaycanda, eləcə də digər ölkələrdə yaşayan soydaşlarımızla heç bir səmərəli fəaliyyəti olmadığı halda durub utopik düşüncələrlə TAB İDEYASndan danışması siyasi riyakarlıqdan başqa bir şey deyil. Hanı Sənin TAB uğrunda yürütdüyünü siyasət?..



 Bütöv Azərbaycan ideyasının beynəlxalq dəstək qazanması üçün öz intəhasız iddialarına uyğun olaraq Fərəc Quliyev bircə addım atıbmı? Yox və yenə də yox. Əksinə, Yurd lideri Əli Kərimli kimi o da rəhmətlik Elçibəyin min bir zillət hesabına formalaşdırdığı Cəbhənin darmadağın edilməsində bir vasitə olub. Və beləcə millət böyük bir İDEAl haqqında düşünürkən Fərəc BƏYLƏR bizi içimizdən cılızlaşdırmaqda...



 Bütövlüyümüzə gedən Yolda Quzeydə qurduğumuz dövlətin siyasi, iqtisadi, hərbi, sosial, mədəni sferalarında iddia etməsinə inansaq, Fərəc Quliyev bir "müxalifət partiyası"nın başçısı olaraq məmləkətimizə hansı töhvəni verib? Bir millət vəkili kimi Fərəc bəy heç BÜTÖV cəmiyyəti demirəm, öz sıravi seçicilərinin gündəlik yaşayış, həyat səviyyələrinin yüksəldilməsində hansı proqram xarakterli çıxışlarda bulunub və nəticəsi hanı?.. Öyləsə, day onda bu nöş deputat olmaq istəyir?..



Adının qabağına milli dirçəliş hərəkatının lideri epitetini qoyan Fərəc Quliyev əcəba Güney Azərbaycanın istiqlaliyyət qazanması üçün hansı çıxışları edib və harada? Bu konuda Fərəc bəy hansı konseptual müddəalar irəli sürüb yüksək tribunalarda və harada? Axı dediyinə inansaq, adam müxalifətçidir. Yəni, bu konuda hakimiyyəti başa düşmək olar, zaman çərçivəsində müəyyən dövlət maraqları var. Bəs bu TAB İdeyasından danışan cənabü deputat bu konuda hansı türk dövləti ilə hansı məsələnin çözülməsi istiqamətində 10 illik parlament stajı boyunca nəyəsə nail olubmu?.. Öyləsə, day onda bu nöş deputat olmaq istəyir?..



 Fərəc bəyin seçkiöncəsi yalanları ən azından Suraxanıdakı Balağanın qarajından ta onun Nərimanovdakı ofisinin kandarına qədərdir. Demirəm, əhli Suraxanıda bəlkə də 5-6 nəfər bu adamı tanıyar. Bunu Fərəc bəyin özü də çox gözəl bilir. Bu adam özü də hiss edir ki, seçiciləriylə birbaşa ünsiyyətə girmək, onlarla həmsöhbət olmaq üçün onda danışa biləcək dil, seçici üzünə baxa biləcək göz yoxdur. Əgər belə olmasaydı, Quliyev Fərəc bəy illər öncəsi "MİLLƏTİN SƏSİ" qəzetində gerçəkləşdirdiyimiz "QONAQ GƏL BİZƏ!" LAYİHƏSİndən qaçmaz, seçicilərinin problemləriylə yerində maraqlanardı. Amma adam bunu etmədi, seçicini saymadı. Əcəba, öyləsə, demək ki, seçici də eynən Fərəc bəyin tərzində onu saymamasını bu adamın qabına çəkib qənşərinə qoymalıdır. Öyləsə, day onda nöş bu adam deputat olmaq istəyir?...



 İki çağırış Milli Məclisin üzvü olaraq ictimai-siyasi fəaliyyəti kontekstində məsələlərə baxanda Fərəc Quliyev belə görünür. Və yazılan bu görüntüləri Fərəc bəy özü sərgilənib. Mən daha dərin qatlara enib qazanda yalxı su qaynatmaqla xəstə cocuqlarının başını ALDADIB yuxuya verən seçicilərin əhvalından danışıb Quliyev Fərəc bəyin ovqatını təlx etmək istəmirəm. Elə ona görə də hər kəsə uğurlar arzulayıram!


Teqlər:
Bu xəbər cəmi 1130 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR