Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənovun oğlu Şamxal Həsənli Xəzər TV-dəki vəzifəsindən azad edilib.
Şamxal Həsənli bu gün kollektivlə sağollaşıb.
BakuPost-un əldə etdiyi məlumata görə, Şamxal Həsənlinin yerinə xalq artisti, tanınmış şoumen Murad Dadaşov təyin edilib.
Xatırladaq ki, Şamxal Həsənli "Xəzər TV" MMC-nin prezidenti vəzifəsini icra edirdi.