Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“İctimai nəqliyyatda nağdsız ödənişlərdən istifadə mühüm iqtisadi əhəmiyyətə malikdir”

“İctimai nəqliyyatda nağdsız ödənişlərdən istifadə mühüm iqtisadi əhəmiyyətə malikdir”
Vüqar Bayramov: “Bu, dövlət büdcəsinə daha çox vəsaitin cəlb edilməsinə imkan yaradır”


2019-cu ildə ölkəmizin nəqliyyat infrastrukturunda ciddi yeniliklərin baş verdiyi, bir sıra nəqliyyat mübadilə mərkəzinin istifadəyə verildiyi, kart sisteminə keçidin genişləndirildiyi, avtobus parkının əsaslı dərəcədə yeniləndiyi və s. hər kəsə bəlli olan faktlar sırasındadır. Bəs mütəxəssislər baş verənləri iqtisadi aspektdən necə dəyərləndirir? Nəqliyyat sektorunda həyata keçirilən dəyişikiklər, Bakı Nəqliyyat Agentliyinin gerçəkləşdirdiyi layihələr ölkə iqtisadiyyatına konkret olaraq nə qazandırır?



 Moderator.az-a açıqlama verən iqtisadçı alim Vüqar Bayramov ötən il bu sahədə görülən işlərin mühüm əhəmiyyətə malik olduğunu vurğuladı:



 “İctimai nəqliyyat sektorunda infrastrukturun genişləndirilməsi, avtobus parkının yeniləşməsi vacib idi. Etiraf etməliyik ki, son illər biz həm nəqliyyat infrastrukturunun inkişafını, həm də yeni avtobus və xidmət standartlarının tətbiqini müşahidə edirik.



 Əvvəlki illərdə ictimai nəqliyaytla bağlı əsas problemlərdən biri həm avtobusların köhnə olması, həm nəqliyyatda xidmət səviyyəsinin aşağı olması, həm də ictimai nəqliyyatda yalnız nağd ödənişlərdən istifadə ilə bağlı idi. Son illər praktiki olaraq bu sahəyə daha çox sərmayənin yönəldilməsi həm infrastrukturun təkmiləşməsinə imkan yaratdı, həm də yeni avtobusların alınması, onlardan istifadə ictimai nəqliyyatda xidmət səviyəsinin artırılmasına səbəb oldu.



 Ictimai nəqliyyatda inkişaf ümumdaxili məhsul artımı baxımından da vacibdir. Inkişaf etmiş ölkələrdə həm tıxacların azaldılmasının iqtisadiyyata təsiri, həm də ictimai nəqliyyatda xidmət səviyyəsinin təkmilləşməsi və genişlənməsinin, nağdsız ödənişlərdən istifadənin  genişlənməsinin büdcə gəlirlərinin formalaşmasına birbaşa təsiri var.



 Bakıda da nağdsız hesablaşmalardan istifadə genişlənməkdədir. Nağdsız hesablaşmalardan istifadənin genişlənməsi dövriyyənin leqallaşmasına imkan yaradır. Bu isə büdcəyə daha çox vəsaitin cəlb edilməsinə zəmin formalaşdırır. Bu, imkan verir ki, dövlət büdcəsinə ictimai nəqliyyatın dövriyyəsindən daha çox vəsait cəlb edilsin. Infrastruktutun inkişafının ümumdaxili məhsula, yəni bütövlükdə iqtisadiyyata təsiri var.



 Avtobus parkının yenilənməsi, yeni xidmətlərdən istifadə xüsusilə Bakı şəhəri üçün mühüm əhəminiyyətə malikdir və bu, büdcə gəlirlərinin artmasına birbaşa təsir göstərir”.


Teqlər:
Bu xəbər cəmi 1070 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR