Bu il 4 Ay tutulması hadisəsi baş verəcək.
İlk təbiət hadisəsi yanvarın 10-dan 11-nə keçən gecə baş verəcək.
Tutulma hadisəsi saat 21:08-də başlayacaq və saat 01:12-də sona çatacaq. Tutulmanın maksimumu saat 23:11-də olacaq. Ay tutulmasını Avropa, Asiya, Afrika, Avstraliyada müşahidə etmək mümkün olacaq. Adi gözlə müşahidə etmək çətin olacaq. Tutulmanın maksimum fazasında Ay adi bədrlənmiş (dolu) aydan bir az tünd görünəcək. Tutulma hadisəsi Azərbaycanda da müşahidə olunacaq.
Qeyd edək ki, 2-ci Ay tutulması iyunun 5-dən 6-sına keçən gecə, 3-cü iyulun 5-də, sonuncu tutulma isə noyabrın 30-da baş verəcək.