Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Azərbaycanda yol-nəqliyyat hadisələri ilə bağlı unikal yenilik

Azərbaycanda yol-nəqliyyat hadisələri ilə bağlı unikal yenilik
Azərbaycanda “Yol-nəqliyyat hadisələri” elektron məlumat bazası yaradılacaq...


Bunu açıqlamasında Baş Dövlət Yol Polis İdarəsinin Yol-Patrul Xidməti şöbəsinin rəisi Kamran Əliyev bildirib.



Onun sözlərinə görə, elektron məlumat bazasının yaradılması “Yol hərəkətinin təhlükəsizliyinə dair” (2019-2023) Dövlət Proqramında nəzərdə tutulub. Hazırda “Yol-nəqliyyat hadisələri” elektron məlumat bazasının yaradılması və məlumatların elektron qaydada hazırlanması barədə layihə hazırlanır.



Bu, irihəcmli işdir və mütəxəssislər cəlb edilməlidir. Bizim də fikrimiz var ki, baş verən yol-nəqliyyat hadisələri zamanı məlumat toplananda, hətta görüntülü şəkildə dərhal o proqram əsasında qoyulan suallara konkret cavab verilsin.



Yaradılacaq elektron bazada nəqliyyat vasitəsinin buraxılış ilindən başlayaraq, ölkə qeydiyyatı, onun aktiv təhlükəsizlik avadanlığının mövcud və ya işlək vəziyyətdə olub-olmaması, hava şəraiti, yol örtüyünün vəziyyəti, sükanın hansı tərəfdə olması, səfər, yaxud səyahətin məqsədi və sair məlumatlar toplanacaq ki, bunun da nəticəsində hadisələrin daha ətraflı təhlilinə, habelə bir sıra xarici ölkələr arasında yol-nəqliyyat hadisələri üzrə məlumatların müqayisə edilməsinə imkan yaradacaq.



Eyni zamanda, həmin bazadakı məlumatlar əsasında həm də hadisələrin elektron xəritəsini yaratmaq mümkün olacaq və elektron xəritənin köməyi ilə ölüm, xəsarət və maddi zərərlə nəticələnmiş qəza nöqtələrinin vizual görüntüsünü əldə etmək mümkün olacaq, analizlərin aparılması işi daha da təkmilləşəcək”.



K.Əliyev bildirib ki, bəzən yol-nəqliyyat hadisəsi baş verəndə dəqiq səbəbini üç-beş dəqiqəyə demək çətindir:



“Ümumi deyilir ki, sürət həddinin aşılması. Amma sürət həddinin aşılmasına görə qəza olmur. Dünyada elə dövlətlər var ki, sürət məhdudiyyəti yoxdur. Qəza o zaman olur ki, sürücü sürətlə gedən zaman hərəkət iştirakçısı manevr etmə, ötmə qaydalarını pozur və qəza baş verir.



K.Əliyevin sözlərinə görə, Dövlət Proqramının icrası ilə bağlı yol-nəqliyyat hadisəsi yerinə müvafiq qəza-xilasetmə bölmələrinin qısa müddətdə çatmasını və daha operativ əlaqələndirməni təmin etmək üçün Daxili İşlər, Səhiyyə və Fövqalədə Hallar Nazirliklərinin rəhbərləri tərəfindən təsdiq edilmiş plan əsasında regionlarda təlimlərə başlanılıb, artıq belə təlimlərdən biri ötən ilin sonunda Gəncədə keçirilib.(oxu.az)


Teqlər:
Bu xəbər cəmi 1500 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR