Bu sözləri İstanbul valisi Hüseyn Avni Mutlu deyib.
“Gezi park”ında görülən abadlıq işləri ilə əlaqədar ötən ay Türkiyədə etiraz aksiyaları başlamışdı.
İstanbul Şəhər Bələdiyyəsinin yaydığı məlumata görə, Taksim meydanında aparılan işlərdən sonra onun ərazisi 8 min kvadratmetr genişlənib. Parkın 58 min kvadratmetrlik yaşıllıq sahəsinə çevrildiyi qeyd edilib. Parkdakı ağacların sayı 558-dən 704-ə, gül-çiçəyin sayı isə 322 minə çatdırılıb.
Türkiyənin daxili işlər naziri Muammer Gülər isə deyib ki:
““Gezi park”ı istanbulluların sevimli istirahət yeridir. Bələdiyyə orada əlavə ağaclar və çiçəklər əkib. Ətraf mühitə həssas olan bütün istanbullulardan xahiş edirəm ki, bu parkdakı çiçəklərə və ağaclara zərər verməsinlər. Parklarda, əsas yollarda toplantıların və nümayişlərin keçirilməsinə imkan verilməyəcək. Toplantı və nümayiş olmadan parkdan istədikləri kimi istifadə edə bilərlər. Qanunsuz yürüş olsa polis müdaxilə edəcək.
Hazırda İstanbulda yenidən qanunsuz aksiyalara təhriklər var. Polis buna icazə verməyəcək. İstanbulluların əmin-amanlığı üçün bunları etməliyik. Artıq hamımızın ən çox ehtiyac duyduğu məsələ qardaşlıqdır. Ramazan ayı başlayır. Bu ayın fəlsəfəsi dinclik və həmrəylikdir”.