İranın dövlət televiziyası bəyan edib ki, Amerika prezidenti Donlad Trampı öldürənə 80 milyon dollar mükafat veriləcək. Sui-qəsdi törədən şəxs bu mükafatı qəbul etməlidir.
“Yeni Sabah” xəbər verir ki, bu xəbər Qasım Süleymaninin matəm tədbiri ilə bağlı canlı yayım zamanı elan olunub. Britaniyanın “The Daily Mirror” saytı yazır ki, ölkədə Amerikaya qarşı ciddi təbliğat kampaniyası aparılır.
Mükafatın 80 milyon dollar olması isə təsadüfi deyil. Çünki İranda 80 milyon insan yaşayır. Ona görə də bu mükafatı yığmaq üçün xüsusi fond yaradılmalıdır və hər bir iranlı o fonda 1 dollar ödəməlidir.
Dövlət Televiziyasında belə çağırışların səslənməsi Qərbdə ağlasığmaz hadisə kimi qarşılanıb. Adı çəkilən media orqanları sözügedən elanın fars dilində olan mətnini də yayıblar.