Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

"Hüseyn Abdullayev vergidən yayındığına görə axtarılır”

YAP Hüseyn Abdullayevə cavab verdi


YAP- icra katibinin müavini, deputat Mübariz Qurbanlı sabiq millət vəkili, “Oğuz eli” İctimai Birliyinin rəhbəri Hüseyn Abdullayevin bəyanatına cavab verib. Musavat.com-un Haqqin.az-a istinadən verdiyi məlumata görə, YAP funksioneri bildirib ki, Azərbaycanda bəzi insanların qanunla problemləri var və onlar siyasi bəhanələrlə xilas olmağa çalışırlar: 



“Hüseyn Abdullayev qanunazidd əməllərə yol verib və qanun qarşısında cavab verməlidir. İndii onu hüquq-mühafizə orqanları axtarır, axtarışa İnterpol da qoşulub. Hüseyn Abdullayev cinayət təqibini siyasi məsələ kimi təqdim etməklə cinayətlərini ört-basır etməyə çalışır. Bu, siyasi məsələ deyil, cinayət işidir. Hüseyn Abdullayev iqtisadi cinayətlərə, o cümlədən, xüsusilə külli miqdarda vergidən yayındığına görə axtarılır”.



Hüseyn Abdullayevin ailə üzvlərinin təqib edilməsi ilə bağlı iddialarına münasibət bildirən Mübariz Qurbanlı deyib ki, Azərbaycan demokratik ölkədir və qanun qarşısında hər kəs özü cavab verir.



“Azərbaycan prezident seçkiləri ərəfəsindədir və müxtəlif adamların, məsələn, Rüstəm İbrahimbəyovun qanunla problemləri var, amma müxtəlif təşkilatların arxasında gizlənərək, məsələni siyasiləşdirməyə çalışırlar. Halbuki, Azərbaycanda siyasi motivlərlə heç təqib yoxdur”, - Mübariz Qurbanlı qeyd edib.



Mübariz Qurbanlı Hüseyn Abdullayevin Almaniya hökumətindən siyasi sığınacaq istəmək niyyətinidə şərh edib və deyib ki, bu, Hüseyn Abdullayevin cinayət işini siyasi məsələ kimi təqdim etmək cəhdinin isbatıdır. YAP rəsmisinin fikrincə, Almaniya İnterpol tərəfindən axtarılan şəxsə siyasi sığınacaq verməz: “Əgər hər ölkə İnterpol-u saymayacaqsa, ondan sual olunur: bu təşkilat nəyə lazımdır?”. 



Mübariz Qurbanlı deyib ki, Almaniya İnterpol-un sorğusunu rədd etsə də, Azərbaycanın digər instansiyalara müraciət etmək hüququ var.


Teqlər:
Bu xəbər cəmi 2015 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR