İqtisadiyyat nazirinin birinci müavini postu yaradılıb.
Mia.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla təsdiqlənən “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”də əksini tapıb.
Əsasnaməyə əsasən, İqtisadiyyat nazirinin Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi bir birinci müavini və beş müavini var. Nazirin birinci müavini və müavinləri nazirin onlara həvalə etdiyi vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyırlar.
Məlumata görə, İqtisadiyyat Nazirliyində yeni yaradılan bu posta Mikayıl Cabbarovun vergidə etibar etdiyi ən sadiq kadrlarından biri təyin olunacaq.