Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Bahar Muradova yüksək vəzifəyə təyin olunacaq

Bahar Muradova yüksək vəzifəyə təyin olunacaq
Yeni Azərbaycan Partiyasının deputatlığa namizədlər siyahısında sürprizlərdən biri də Milli Məclis sədrinin müavini Bahar Muradovanın adının siyahıda yer almaması oldu. Hakim partiya Bahar Muradovanın hazırda deputatı olduğu 84 saylı Füzulu seçki dairəsindən Məmmədova Svetlana Gəray qızının namizədliyini irəli sürüb.


Yenimeydan.info” xəbər verir ki, məlumatlara görə, Bahar Muradovanın namizədliyinin irəli sürülməməsi onun komandadan tamamilə kənarda qoyulması demək deyil. Belə ki, Bahar xanım seçkidən sonra hökumət üzvü olacaq. Onun üçün ciddi bir vəzifə yeri də boşaldılır. 41 saylı Sumqayıt birinci seçki dairəsindən Yeni Azərbaycan Partiyasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın namizədliyini irəli sürməsi boşuna deyil. Hicran xanımın deputat seçilməsindən sonra onun boş qalacaq vəzifəsinə Bahar Muradovanın gətiriləcəyi gözlənilir.



Bahar Muradova 1962-ci il martın 20-də Füzuli şəhərində anadan olub. O, əslən Füzuli rayonunun Yağlıvənd kəndindəndir. 1977-ci ildə Füzuli şəhər 3 saylı orta məktəbin 8-ci sinfini tərifnamə ilə, 1981-ci ildə Bakı Yüngül Sənaye Texnikumunu fərqlənmə diplomu ilə, 1990-cı ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini, 2000-ci ildə isə Azərbaycan Universitetinin hüquq fakültəsini bitirib. 1981-ci ildən Bakı 1 saylı tikiş fabrikində əmək fəaliyyətinə başlayıb. 1989-92-ci illərdə Azərbaycan Könüllü Kitabsevərlər Cəmiyyətinin, 1992-93-cü illərdə “Qayğı” Cəmiyyəti Yasamal rayon təşkilatının məsul katibi işləyib.



1993-1995-ci illərdə Yasamal Rayon İcra Hakimiyyətinin təlimatçısı, 1995-2000-ci illərdə Azərbaycan Respublikası Prezidenti İcra Aparatının ictimai-siyasi şöbəsinin referenti vəzifələrində çalışıb. 1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.



YAP-ın I (1999), II (2000) və III (2005) qurultaylarında partiyanın Siyasi Şurasının və İdarə Heyətinin üzvü seçilib.



1995-ci ildən YAP Qadınlar Şurasının sədr müavini, 1999-cu ildən partiyanın icra katibinin müavinidir.



II 2000 və III 2005 çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib.



2010-cu il noyabrın 7-də 84 saylı Füzuli seçki dairəsindən dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib.



2005-ci il dekabrın 2-dən Milli Məclis Sədrinin müavini, ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəridir.



Siyasi elmlər üzrə fəlsəfə doktorudur.



Musavat.com


Teqlər:
Bu xəbər cəmi 1635 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR