Dekabrın 23-də Azərbaycanda keçirilmiş bələdiyyə seçkiləri zamanı baş verən qanun pozuntuları ilə bağlı 31 saylı Suraxanı ikinci Dairə Seçki Komissiyasına tərəfimdən ünvanlanmış şikayətinə cavabında bildirilib ki, bütün qanun pozuntuları mən etmişəm. “Yeni Sabah” xəbər verir ki, bu barədə Turana 31 saylı Suraxanı ikinci dairəsindən namizədi olmuş bloqer Mehman Hüseynov deyib. Hüseynov bildirdi ki, dekabrın 28-də Dairə Seçki Komissiyasından ona gələn rəydə deyilir ki, onun şikayətinə baxılıb. "Seçkilərdən dərhal sonra nəticələrlə bağlı şikayətimi Dairə Seçki Komissiyasına göndərdim. Şikayətdə bildirdim ki, seçki günü məntəqələrdə seçki qutularına topa bülleten atılmışdı, "karusellər" təşkil olunmuşdu, başqa rayonlarda yaşayan vətəndaşlar gəlib namizəd olduğum dairədə səs vermişdi, məntəqə sədri bülletenləri sayandan sonra onları məntəqə qoyub getmişdi və digər. Bunlarla bağlı foto və video sübutları təqdim etdim, tələb etdim ki, nəticələri ləğv etsinlər. DSK isə yazıb ki, yazdığım qanun pozuntular təsdiqini tapmayıb. Üstəlik da rəydə yazılıb ki, bələddiyə seçkilərində baş verən "karusel" əməliyyatları, qutuya topa bülleten atmalar, başqa qeydiyyatında olan vətəndaşları məcbur gətirib bizim ərazimizdə səs verdirmək bütün bu işlərin başında mən durmuşam və bütün bu adamları mən öyrətmişəm ki, təxribat eləsinlər, saxtakarlıq etsinlər".
Hüseynov əlavə edib ki, bələdiyyə seçkiləri zamanı çəkilmiş video və foto materialları prokurloq orqanlarına göndərəcək. "Qərara gəldim ki, karuseldə iştirak edənlərlə, topa bülleten atanlarla, məntəqə komissiya üzvləri ilə bağlı prokurorluğa müraciət edim. Bu qanunsuzluqları edən hamısının üzləri videoya və fotoya düşüb. Biz də materialları göndərəcəyik prokurorluğa, qoy həmin insanları araşdırıb, cəzalandısınlar".
Məsələ ilə bağlı 31 saylı Suraxanı ikinci Dairə seçki komissiyasından və Mərkəzi Seçki Komissiyasından münasibət öyrənmək mümkün olmayıb.