Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

"Sadiq və professional komanda olmasa, ən yaxşı kapitan belə gəmini limana çıxara bilməz"


Yeni İliniz Mübarək olsun! İlk olaraq Palmali ailesini və, elə Palmali ailesi adından sizləri təbrik edib və 2020-ci ilin sağlamlıq, bol şans, uğur və rifah gətirməsi diləyirəm. Hər il olduğu kimi, bu il də toplandıq. Böyüklü, kiçikli Palmali ailəsi və geden 2019 cu ilin son gününü yola saldıq. Biz ofisdə, yığışdıq amma gəmidə olanları da unutmadıq. Bu dəqiqələrdə dünya sularında üzən gəmilərimizdə minlərlə işcimiz Yeni ili qeyd edir. "MAMMAD AMIN RASULZADEH" gəmisində qeyd edildiyi kimi.


Mən çox sevinirəm ki, artık gəmilərimizdə azərbaycanlılar, türklər üstünlük təşkil edir. Onu da bilin ki, Azərbaycan və Türkiyə dənizçiləri dünyanın ən peşəkar dənizçiləridir. Sizinlə qürur duyuram. Bütün fırtınalara güc gəlirsiz, zamanında, heç bir əksiklik olmadan yükləri zamanında limandan limana çatdırırsız. Sağlam bir insan kapitalı ilə kiçik bir müəssisədən beş qitə, yeddi dənizdə bayrağı dalğalanan qocaman şirkətlər qrupuna çevrildik. 21 il! Bu yolda önümüzə əngəllər də çıxdı. Ancaq Palmali bütün bu çətinlikləri kimsədən dəstək almadan dəf edə-edə günümüzə gəldi və gələcəyə doğru inamlı addımlarla addımlamaqda davam edəcəkdir. Sadiq və professional komanda olmasa, ən yaxşı kapitan belə gəmini limana çıxara bilməz. Çox sevinirəm ki, belə bir kollektivə sahibəm. Bu səbəbdən də, “Palmali” sadəcə, bir şirkətlər qrupunun adı deyil, böyük bir Ailədir. Ailənin müqəddəsliyi "Palmali”ni hər cür bəlalardan, çətinliklərdən qoruyub və qoruyacaqdır! Yeni hədəfimizi də açıqlayım, 2020 də 2 yeni gəmi dünya sularına göndərəcəyik. Biri quru yük gəmisi, biri də tanker. Gözəl günlər hər zaman Palmalinin olub və bundan sonra daha gözəl anlara şahidlik edəcəyik! Var olun! Hər zaman demişəm, bir daha deyirəm, Mübariz dənizçilərimiz qarşısında baş əyirəm! Yeni İliniz Mübarək olsun!


 



Mübariz Mənsimov, "Palmali" Şirkətlər Qrupunun rəhbəri

Teqlər:
Bu xəbər cəmi 2685 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR